Siyasət

  • 5 161

110 milyon dolları qondarma "Arsaxın" başçıları yeyib? - ŞƏRH

image

"Qondarma "Artsaxın" guya "ərazilər və idarəetmə nazirliyi" 28 ildə bu ərazilərdə yatırdıqları investisiyalar barədə hesabat yayıb. Diqqət çəkən faktlar var. Bildirilir ki, 1992-ci ildə dünya ermənilərindən Qarabağa vəsait yığmaq üçün Hayastan fondu yaradılıb və həmin vəsait hesabına guya 7 rayonda böyük infrastrukturlar yaradılıb. Təəssüf edirlər ki, həmin tərifli infrastrukturlar düşmənə, yəni Azərbaycana qaldı". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Ekspertin sözlərinə görə, hesabatda göstərilən rəqəmlər cəm halda dünya ermənilərindən toplanaraq təxminən 110 milyon dollar vəsaitin gətirildiyini təsdiqləyir: "Göründüyü kimi, ermənilər məlum 7 rayondan söhbət edirlər və bu rayonların, əslində, nə günə qoyulduğunu müharibədən sonra hamı gördü. Bu ərazilərə 110 milyon dollar pul qoyulubsa, ermənilər nədən "it damlarındakı" kimi miskin durumda yaşayıblar?! 110 milyon dolların qoyulduğu iddia edilən rayonlarda, əslində, daş daşın üstündə qalmayıb".A.Quliyev vurğulayıb ki, demək, qondarma "Artsaxın" "nazirinin " hesabatı yeyilən pulların izini itirmək cəhdidir: "Nazir dünya ermənilərinə mesaj verir ki, sizlərin 1992-ci ildən bəri yığdığınız pulları bu ərazilərə yatıraraq "cənnət məkan" yaratdıq, o da düşmənlərimizə qaldı. Qondarma "Artsax" rəhbərləri dünya ermənilərinin və Hayastan fondunun mənimsənilmiş 110 milyon dollar pulunun hesabatını bu şəkildə verir".

sia.az

Digər xəbərlər