Siyasət

  • 13 353

Fevral ayının pensiyası artımla birlikdə veriləcək - RƏSMİ

image

Hesab edirəm ki, hər il olduğu kimi, bu il də bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində pensiyaçıların pensiyaları indeksləşdiriləcək. Fevralın ödənişi aparılan zaman pensiyaçılar fevral ayının pensiyasını həm də yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar.SİA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.Onun sözlərinə görə, inbdeksləşdirmə yanvarın 1-dən hesablanacağı üçün artım da yanvarın 1-dən hesablanacaq. O, yanvar artımlarının fevral ayının pensiyası ilə birlikdə bank hesablarına köçürüləcəyini açıqlayıb:“Hər il pensiyaların sığorta hissəsi ötən ildəki orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq, indeksləşdirilir. 2020-ci ildə 2019-cu ilin yekununa əsasən, indeksləşdirmə 16,6 faiz olub. Pensiya kapitalı isə ötən ilin inflyasiya faizinə uyğun olaraq, indeksləşdirilir. Bu il də indeksasiya olunacaq, yaxın günlərdə indeksasiya qiymətləri ilə bağlı cəmiyyətə açıqlama veriləcək”.

sia.az

Digər xəbərlər