PDF Oxu

Siyasət

  • 7 135

YAP Nərimanov rayon təşkilatı yaranmasının 28-ci ilini qeyd edir

YAP Nərimanov rayon təşkilatı yaranmasının 28-ci ilini qeyd edir

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının yaranmasının 28-ci ili tamam olur. SİA-nın verdiyi məlumata görə, bununla bağlı rayon təşkilatının inzibati binasında tədbir keçirilib.Tədbir iştirakçıları pandemiya dövrünün şərtlərini nəzərə alaraq YAP-ın qurucusu, Ulu Öndər Heydər Əliyevin binanın foyesindəki büstü önünə tər çiçəklər düzüb, xatirəsini hörmətlə yad ediblər.Nəzərə çatdırılıb ki, YAP-ın Nərimanov rayon təşkilatı Bakı şəhərində ilk təşkilat kimi fəaliyyətə başlayıb. Rayon təşkilatının üzvləri yarandığı gündən Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi uğrunda şərəflə mübarizə aparıblar. Dahi Azərbaycan oğlu Heydər Əliyev siyasətinə bağlılıq, onun fəaliyyətinə ciddi dəstək və təşviqat rayon təşkilatının üzvlərinin daima dəst-xətti olub. Bu gün də YAP Nərimanov rayon təşkilatı partiyanın gündəlik fəaliyətində Prezident İlham Əliyevin siyasi kursunun dəstəkənməsində və həyata keçirilməsində fəal rol oynayırlar.

sia.az

Digər xəbərlər