"Xocavənddə ermənilər tərəfindən faşist Qaragin Njdeyə heykəl qoyulması məsələsində reallıq odur ki, Rusiya sülhməramlıları onların başlarına sığal çəkir və bir sıra faktlara, sadəcə olaraq, göz yumur". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Ekspert bildirib ki, mən buna çox təəccüblənirəm, çünki ruslar özü nasist Almaniyasından əziyyət çəkib və milyonlarla qurban verib: "İndi guya ruslar Njdenin qarşısında acizdirlər ki, buna bir reaksiya vermirlər? Aydın məsələdir ki, həmin heykəl gec-tez götürüləcək. Mən buna şübhə etmirəm".F.Sadıqov vurğulayıb ki, Xocavənd Azərbaycanın ərazisidir və bizim əhalimiz, həmçinin bir sıra rəsmi, həm qeyri-rəsmi srtukturlarımız orada fəaliyyət göstərəcək: "Əgər sülhməramlılar qarşıdurma yaranmasını istəmirlərsə, təbii ki, bu cür təxribatçı addımların qarşısını almalıdırlar. Belə bir heykəlin Azərbaycan torpağında qoyulması Azərbaycan xalqına və ümumiyyətlə, sivil bir cəmiyyətə təhqirdir. Eyni zamanda əsl təxribatdır".
sia.az