PDF Oxu

Siyasət

  • 6 395

YAP Zərdab rayon təşkilatının üzvləri Körpükənd kəndinin şəhidləri Ağayev İlkin və Muradov Turanın ailəsini ziyarət ediblər

image

Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlərini davam etdirir. Aksiya çərçivəsində YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova və təşkilatın bir qrup fəal üzvləri Vətən müharibəsində şəhid olmuş rayonun Körpükənd kəndindən olan Ağayev İlkin Tehran oğlunun və Muradov Turan Vaqif oğlunun ailəsini ziyarət ediblər, şəhidlərin otağında yaradılmış guşə ilə yaxından tanış olmuşlar. Görüşlərdə P. Mahmudova bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz kimi, onların ailələri, övladları da bizim üçün çox qiymətli və dəyərlidirlər. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir. Torpaqlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından xilas olması üçün canından keçən Azərbaycanın mərd oğulları – Şəhidlərimiz, Qazilərimiz qürur mənbəyimizdir. Hər 2 Şəhidin ailəsi böyük fəxr hissi ilə şəhidlərimizin qanını yerdə qoymadıqlarına, xalqımıza qələbə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna minnətdarlıq ediblər.Eyni zamanda, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə olunub.Təşkilat üzvləri həmçinin ailənin problemləri ilə maraqlanıb və səlahiyyətləri daxilində problemlərin həlli üçün köməklik göstərəcəklərini bildiriblər.

yap.org.az

Digər xəbərlər