PDF Oxu

Siyasət

  • 6 398

Düşünülmüş siyasət Azərbaycanı qələbədən qələbəyə aparır - Sahibə Qafarova

Düşünülmüş siyasət Azərbaycanı qələbədən qələbəyə aparır - Sahibə Qafarova

Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti və müdrikliyi Azərbaycanı qələbədən qələbəyə aparır.SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.S.Qafarova bildirib ki, Azərbaycan xalqı 2020-ci ili uğurla başa vurub, eyni zamanda, 2021-ci ilə böyük uğur və ümidlərə daxil olub.Spiker vurğulayıb ki, 2020-ci ildə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etdi:"Döyüş meydanında əldə olunan qələbə siyasi müstəvidə də təsdiq edilib və Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Biz doğma torpaqlarımıza, Qarabağa, Qarabağın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi olaraq yaşayacağıq".

sia.az

Digər xəbərlər