Əli Kərimli öz şəxsi ambisiyaları naminə gənclərə siyasi alət kimi baxır
Bu fikir ictimaiyyət tərəfindən dəfələrlə vurğulanıb – təfəkkürü şikəst olanlar, ancaq iyrənc və saxta əməllər sahibi olur. 28 il "müxalifətçiyəm" deyənlərin keçdiyi yolu araşdırsaq görərik ki, söyüş, təhqir, əxlaqsızlıqlarla dolu dırnaqarası siyasi mübarizə metodları radikal müxalifətin əsas fəaliyyət prinsipinə çevrilib. Bu istər seçki kampaniyaları dövründə, istər ölkəmizdə keçirilən yüksək tədbirlər ərəfəsi, istər dünya dövlətlərinin "soyuq müharibə" ilə – koronavirusla mübarizə apardığı zaman, istərsə də 30 illik doğma dədə-baba torpaqlarımızın həsrətinə düz 44 gün ərzində apardığımız haqq yolunda ədalətin, bütövlüyümüzün və nəhayət, Qarabağ Azərbaycandırımıza qovuşmağımıza bütün türk dünyası sevincimizə şərik olduğu halda, erməniyə yalaqlıq edən radikal müxalifət sosial şəbəkələrdə naqislik, satqınlıq və alçaqlıq edərək hakimiyyətə, ictimaiyyət nümayəndələrinə, ziyalılara, eləcə də onların şər-böhtan kampaniyalarına dəstək verməyən insanlara qarşı qeyri-əxlaqi davranışlar, təhqirlər deyirlər.Xüsusilə də, bu alçaq və cinayətkarları tanımaq o qədər problem deyil. Çünki cəmiyyətə özünü «ana» müxalifət kimi sırımağa çalışan satıb- satılan Əli Kərimliyə və onun silahdaşlarının sırasına nəzər yetirmək kifayətdir - Qənimət Zahid, Azər Əhmədov, Natiq Ədilov, Xədicə İsmayıl, Türkel Kərimli, Cəmil Həsənliy, Arif məmmədov, Sevinc Osmanqızı, Vidadji İskəndərli və bu satqınların təmsil olunduğu düşərgənin öz əxlaqsızlıqlarını siyasi mübarizə səhnəsinə daşıması ola bilsin ki, onlar üçün normal haldır. Araşdırmalar göstərir ki, radikal düşərgə təmsilçiləri öz güclərini Avropadakı məlum antiazərbaycançı şəbəkədən alırlar və fəaliyyətlərini də buna uyğün koordinasiya edirlər. Əxlaqı korlanmış "sosial media qəhrəmanları" Avropada oturub Azərbaycan əleyhinə təbliğat aparırlar və radikal düşərgə təmsilçilərinə konkret istiqamət verirlər. Amma maraqlısı odur ki, xaricdəki siyasi buqələmunlar etiraz formalarını açıq və sivil formada göstrərmək üçün məkan olaraq izdihamlı yerləri yox, ayaqyollarını seçirlər. Ən iyrənc isə, Əli Kərimlinin "ayaqyolu müxalifəti"nə də rəhbərlik etməyi ilə "qürur" duymasıdır. Bu təəccüb də doğurmur. Onlar üçün müqəddəs dəyərlər artıq yoxdur. Əxlaq problemləri mövcud olan bu şəbəkənin konkret missiyası: "bizi dəstəkləməyənlər düşmənlərimizdir". Budur, əxlaqsızlıq, mənəviyyatsızlıq.
Əli Kərimliyə görə "varlanmaq üçün xəyanətin qiyməti"yüksəkdir
Ömər Xəyyama görə, "İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar". Səbəb aydındır - maliyyə-pul arqumenti? Satqın yalnız məntiqləmi düşünür? Bu sualları sözgəlişi demədim. Çünki işin kökü yalnız acgözlük və pul deyil. Ancaq AXCP sədri Əli Kərimliyə görə "qazanmaq" yox, varlanmaq üçün xəyanətin qiyməti "yüksəkdir". Çünki satqın üçün hər şey - satlıq maldır. Əli Kərimli kimilər üçün satıb-satılmaq bir qurtum su içmək qədər asandır. Hansı əsasla bu gün igidlərimizin qanı, canı bahasına əldə etdiyi bu Qələbəyə hansı haqqla kölgə salırsan? Ancaq zaman gələcək, bu böhtanlarına görə dar ağacından asılacaqsan. O zaman xalqın qarşısında dar ağacından asılmadan əvvəl xalq suallar edəcək: Bu 28 il müddətində heç bir yerdə çalışmayan, heç bir ictimai-siyasi fəaliyyətlə məşğul olmayan Əli Kərimli dolanışığını kim təmin edir? Övladlarının dünyanın bahalı ölkələrinin nüfuzlu ali məktəblərindəki təhsil haqları hansı vəsaitlə ödənilirdi? Oğlu Türkel Kərimlinin dünyanın ən bahalı restoranlarındakı əyləncə məclislərinin haqqını necə ödəyir? Bu suallar ortaya qoyulacaq və cavabı da o olacaq.
Gəncləri vətənpərvərlikdən uzaq bir anlamda tərbiyə edən, dövlətə, xalqa xəyanət yolunu tutduran belələrinin yalnız və yalnız bir adı var: mənəviyyatsızlar
Yenə də Əli Kərimli döyüşdə əldə etdiyimiz Qələbədən "qaşınma" virusuna tutularaq sosial şəbəkələrdən öz şəxsi ambisiyaları naminə gənclərə döyüşə getməməyə çağırışlar edir. Əslində, radikal müxalifətin gənclərə siyasi alət kimi baxması yeni bir tendensiya deyil. Hələ ötən əsrin 90-cı illərində gənclərimizin bir qismi AXC-Müsavat deyilən qaragüruhçuların çirkin əməllərinin həyata keçirilməsinə istiqamətləndirilmişdi. Həmin dövrdə gənclər müxtəlif kriminal və özbaşınalıq fəaliyyətlərinə cəlb edilmiş, cinayətlərin törədilməsinə sürüklənmişdilər. Bu gün bu gənclər anlamalıdırlar ki, Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Qənimət Zahid, Arif Məmmədov və... kimilər yalnız xəyanət, satqınlıq, riyakarlıq, dövlətə və xalqa qarşı düşmənçilik dərsi keçə bilərlər. Bu baxımdan gənclərin sağlam düşüncədən, real yanaşmadan təcrid edib, onların beynini öz çirkin niyyətlərindən irəli gələn əsassız fikirlərlə zəhərləmək Əli kərimlilərin əsl simasının açıqlanmasında yardımçıdır. Ruslan Bəşirli ssenarisini xatırlamaq kifayətdir. Ə.Kərimli bu gün də gənclərə müxtəlif şirnikləndirici vədlər verərək sosial şəbəkələrdə iqtidar gəncləri ilə həmin gənclərin qarşıdurmasını yaradır. Məqsəd budur ki, Əli Kərimli öz xarici himayədarlarından tapşırıq alıb ki, bu cür gedişlər edərək bəzi gənclər qanunlarımıza zidd hərəkət etsin və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin gəncləri dəvət edib qanunlarımıza zidd hərəkət etdiklərini onlara xatırlatmalı olsunlar və bu məqamdan da Əli Kərimli yararlanıb "siyasi məhbus" oyunundan məharətlə istifadə etsin. Bu cür gənclərimiz anlamalı, bilməlidir ki, Əli Kərimli o gənclərdən öz mənafeyi üçün istifadə edir. Və bununla da gəncləri qələbəyə yox, həbsxanaya göndərir. Çünki vicdan, vətəndaşlıq təəssübkeşliyi, şikəst təfəkkür, saxta əməl sahibi olan Əli Kərimli kimi ünsürlərdən hər çirkin əməli gözləmək mümkündür. Necə deyərlər: qozbeli qəbir düzəldər.
sia.az