"Azərbaycanda "beşinci kalon" deyilən bir toplum yoxdu. Bu, mənim şəxsi qənaətimdir. Çünki "beşinci kalon", vaxtilə İrlandiyada, Rusiyada və bir sıra digər ölkələrdə olduğu kimi, təşkilatlanmış, formalaşmış struktura malik olur və bir qüvvəyə çevrilərək hakimiyyət üçün gerçək təhlükəyə çevrilir. Bunun üçün cəmiyyətdə iqtidardan, hakimiyyətdən narazı qüvvələrdən istifadə olunur və bu narazı qüvvələr mütləq çoxluq təşkil edərsə istəklərinə nail ola bilir". “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, Qarabağda tarixi qələbə xalqın tam əksəriyyətinin, deyərdim 90-95 faizinin indiki iqtidara inamını qat-qat artırıb. Belə bir şəraitdə, nəinki "beşinci kalon"un məqsqdlərinə nail olmasından, heç yaranıb formalaşa bilməsindən də söhbət gedə bilməz: "İndi Qarabağdakı tarixi qələbəmiz, hərbi əməliyyatlar dayandıqdan sonra diplomatik savaşda əldə etdiyimiz inanılmaz nailiyyətlər həm daxildəki bəzi qüvvələri, həm də xaricdəki anti-Azərbaycan şəbəkələri qıcıqlandırır və bu qıcıq da onları danışdırır. Həm də heç bir reallığa, gerçəkliyə əsaslanmayan çıxışları ilə özləri haqqında mənfi rəy formalaşmasına təkan vermiş olurlar. Nəticədə xalq həqiqəti dərk edir və hakimiyyətin, belə demək mümkünsə, ətəyindən daha möhkəm yapışır. "Beşinci kolon" isə iflasa məhkumdur. Bütün bunlara görə hesab edirəm ki, Azərbaycanda heç bir "kalon"un varlığından danışmağa əsas yoxdur. Bəzi cılız fəaliyyətlə hakimiyyəti gözdən salmaq cəhdi gösərənlər isə indiki hakimiyyətin yox, özlərinin olmayan nüfuzlarına zərbə vururlar".
sia.az