"Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Gənclər Azərbaycanın gələcəyi, inkişafın operativ ön cəbhəsi, modernləşmə strategiyasının təməl sütünlarıdır. Bu, bir həqiqətdir ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur. Ümummilli lider həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Gənclərlə iş qrupunun rəhbəri Elmar Məmmədov deyib.Onun sözlərinə görə, ölkəmizdə müstəqillik dövrünün ilk illərində hökm sürən hərc-mərclik şəraitində çox sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyilləri öz əksini tapmışdı: "Lakin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı. Belə bir zamanda dahi şəxsiyyət ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etdi. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər oldu. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə uğurla təmsil olunurlar. Ötən müddət ərzində bu istiqamətdə atılmış addımlar, görülmüş işlər bunun əyani sübutudur. Gənc peşəkarlar artıq tibbdə, elm və təhsildə, idmanda, hərbi sahədə, innovasiyalarda, müasir texnologiyalarda, dövlət idarəçiliyində və digər sahələrdə mühüm mövqelər tuturlar.Bu gün müasir Azərbaycan gəncliyindən danışarkən gözlərimiz önündə Mübariz İbrahimov canlanır. Bu gün müasir Azərbaycan gəncliyindən danışarkən gözlərimiz önündə torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyümüzün qorunması uğrunda canlarından keçmiş 10-larla, 100-lərlə, minlərlə şəhidimiz, sağlamlığını itirmiş minlərlə qazilərimiz canlanır. Nəhayət bu gün müasir Azərbaycan gəncliyindən danışarkən gözlərimiz önündə 44 günlük Vətən müharibəsi dövründə əbədi olaraq xalqımıza qürur hissləri bəxş etmiş Azərbaycan əsgəri və Azərbaycan şəhidi canlanır. Çünki bizə Şanlı Qələbəni bəxş edən, eyni zamanda Zəfər Paradamızı böyük iftixarla və qürurla izləməyimizə səbəb olan qəhrəmanlar məhz gənclərdir. Məhz gənclər – Azərbaycan əsgərləri Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdılar, əsl vətənpərvərlik, fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdilər.Bəli, gənc Azərbaycan əsgəri sübut etdi ki, qısa zaman ərzində çox böyük işlər görmək olar. Düşmənin 30 illik müdafiə səngərlərini, müasir mühəndis-texnika qurğularını aşaraq alınmaz qala olan torpaqlarımızı xalqımıza qaytarmaq məhz bugünkü gənc nəslin şərəf və ləyaqət simvoluna çevrildi. Həqiqətən də biz çox xoşbəxt gənclərik ki, uşaqlığımız ulu öndər, gəncliyimiz isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyət illərinə təsadüf etdi. Və biz bu illərdə uğurla davam etdirilən siyasi məktəbin ən layiqli şagirdləri kimi ölkəmizdə aparılan abadlıq - quruculuq işlərində, dövlətimizin müstəqilluyinin daha da möhkənləndirilməsində, ərazi bütövlüyümüzün təmin olunmasında yaxından iştirak etdik və heç bir şübhə yoxdur ki, bu proses bundan sonra dəyişməz olaraq qalacaq".
sia.az