"Dünyanın çox az ölkəsinin gənclərinin qeyd etmək şərəfinə nail olduğu, Ulu Öndər Heydər Əliyevin biz gənclərə saysız-hesabsız ərməğanlarından sadəcə biri olan “Milli Gənclər Günümüz ” mübarək! Bizlər ki, Ulu Öndər yolunun yolçuları, müasirləriyik, bizlər ki, Ulu Öndər Heydər Əliyev zəkasının nurundan yaranmış Yeni Azərbaycan məfkurəsinin daşıyıcılarıyıq, o zaman biz özümüzü xoşbəxt xalqın xoşbəxt gəncləri adlandıra bilərik". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Fərəh Məcidzadə deyib.Onun sözlərinə görə, bu gün gənclərin böyük əksəriyyəti Ulu Öndər siyasi kursunun, ideyalogiyasının şah əsəri, müstəqil Azərbaycanın ən etibarlı ictimai-siyasi birliyi olan, dünənin, bu günün və sabahın partiyası Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşib: "Yeni Azərbaycan Partiyasının 700 mindən artıq üzvlərinin təxminən 40%-ni gənclər təşkil edir. Bu da Qafqazın ən böyük gənclər hərəkatı deməkdir. Bu gün doğma partiyamızın sıralarında hər fəaliyyət növünün ən peşəkar biliciləri toplanıb. Və onlar öz gələcək karyeralarına məhz Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sıralarında başlayıblar.Ölkəmizdə aparılan kadr islahatlarında əsas prinsip baza prinsiplərinə uyğundur - gəncləşmə və təcrübənin uzlaşdırılması. Gənclərin dövlət strukturlarında – qanunvericilik, özünüidarəetmə, icraedici, məhkəmə orqanlarında gənclərə yer verilməsi, biz gənclərə göstərilən diqqət, böyük etimaddır.2020-ci ili səciyyələndirsək, qeyd etməliyəm ki, ötən il həm ağır, həm də çox qürurlu il olub. Dövlətimiz həm dünyanın bir çox nöqtəsində geniş vüsət alaraq yayılan karonavirus pandemiyası ilə, həm də mənfur düşmənlə savaşıb. 44 günlük Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnib. Əldə edilən bu mütləq zəfər haqqın və ədalətin təcəssümüdür! Cənab Ali Baş Komandanın çıxışları zamanı səsləndirdiyi fikirlər bu gün hər bir Azərbaycan gəncinin mayakına çevrilib. Cənab Prezident Qarabağın gələcək sosial-iqtisadi vəziyyəti ilə bağlı ciddi addımlar atılacağını qeyd etmişdir. Atılacaq bu addımlarda-Qarabağın yenidən qurulmasında, heç çübhəsiz ki, Azərbaycan gənclərinin rolu böyük olacaq.Bizim mübarizəmiz haqq işidir. Ədalət qiyamətə qalmadı. Biz bütün mifləri darmadağın etmiş xalqın gəncləriyik. Ermənistan ordusunun “məğlubedilməzliyi” nağıl idi. Onların uydurduğu bütün mifləri tarixə gömdük. İndi dillərə dastan olacaq bir nağıl var. O da, güclü və praqmatik zəkaya malik olan uzaqgörən Azərbaycan liderinin, milli ruhunu canında daşıyan mübariz, polad xalqın və yenilməz Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi.Bizdən öncəki bir neçə nəslin gənc olaraq yaşaya bilmədiyi xoşbəxtliyi yaşayır, yenidən tarix yazan xalqın gəncləri kimi “Milli Gənclər Günü” nü qeyd edirik. Bu qüruru bizə yaşatmaq üçün, doğma Vətənin azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhu önündə baş əyirik!".
sia.az