YAP Nərimanov rayon Gənclər Birliyinin təşkilatçılığı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
01 ferval 2021-ci il tarixində YAP Nərimanov rayon Gənclər Birliyinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, ümummilli liderin əsasını qoyduğu siyasət bu gün davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin fərdi inkişafına təkan verən dövlət proqramları həyata keçirilir. Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində təmsil olunur və özlərini doğruldurlar. N. Yunusova vurğulayıb ki, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində, öz gücünə, istedadına inam hissini artırır.Geridə qoyduğumuz son il nəinki Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və bunun səbəbkarları məhz elə gənclər oldu. Hansı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə cəmi 44 günə öz canları, qanları bahasına 30 ilə yaxındır işğal altında olan əzəli torpaqlarımızı düşməndən azad etdilər. Bu baxımdan bu ilki gənclər günü hər birimiz üçün daha dəyərli olduğunu N. Yunusova diqqətə çatdırıb.Sonra Aprel və 2-ci Qarabağ döyüşlərinin iştirakçısı, “Kəlbəcər”, “Suqovuşan”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan, YAP Xətai rayon Gənclər Birliyinin sədr müavini Sadiq Mirzəzadə çıxış edərək döyüşlərdə Azərbaycan ordusunun göstərdiyi şücaətdən geniş bəhs edib, ordu sıralarında əsgərlərin Vətənə olan sevgisindən, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqların düşmən tapdağından təmizlənməsi üçün dəmir yumruq kimi bir olaraq erməni təxribatçılarına qarşı döyüşlər barədə öz xatirələrini bölüşüb, Vətənin azadlığı və suverenliyi uğrunda istənilən anda bundan sonra da vuruşmağa hazır olduğunu bildirib.YAP Nərimanov rayon GB-nin sədr müavini Vüsal Əliyev, Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri, YAP Nərimanov rayon GB-nin sədr müavini Tamerlan Əkbərov, fəal gənc Aysel Tahirova və digərləri çıxış edərək, Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasından, bu günün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açıblar. Həmçinin 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan adını tarixə qızıl hərflərlə yazdıran qüdrətli Azərbaycan ordusunun sıralarında yer alan gənclərlə qürur duyduqlarını və başda şəhidlərimiz olmaqla, qüdrətli və qorxmaz Azərbaycan ordusuna sonsuz minnətdar olduqlarını dilə gətiriblər.
sia.az