AXCP sədrinin sosial şəbəkədəki təhqir qrupları ona qarşı dönük çıxırlar
Sirr deyil ki, bügünün özündə də xarici ölkələrdə “siyasi mühacir” saxtakarlıqları altında oturub Azərbaycan dövlətinə qarşı qərəzli, təhqir xarakterli fəaliyyət göstərənlər necə deyərlər, iş başındadırlar. Lakin o da sirr deyil ki, bu kimi ünsürlərin bir-birləri ilə də münasibətləri heç də hamar deyil və zaman-zaman Qərbdəki ağalarından aldıqları sifarişlri bölüşə bilmədikləri üçün özləri-özləri ilə söyüş savaşına girirlər. Bu kimi hallar xüsusilə AXCP sədri Əli Kərimlinin adamları ilə digər müxalifətyönlü şəxslər arasında baş verir.Bu arada daha bir bənzər fakt ortaya çıxıb və SİA-nın əldə etdiyi məlumata görə, bu dəfəki savaş YouTube sosial şəbəkəsində kanal açaraq apardıqları şər-böhtan kampaniyasından daha çox gəlir əldə etmək marağı ilə əlaqəlidir. Söyüş, qərəz kimi vasitələrdən kirli qazanclar əldə etməyə cəhdlər göstərən həmin ünsürlər indi həmin vasitəni özlərinə qarşı istifadə etməkdədirlər.
Manaf Cəlilzadə: “Tüpürüm Əli Kərimliyə də, onun müxalifətinə də”
Beləliklə, məlum olub ki, “diktator tv” adı altında virtual fəaliyyət göstərən Manaf Cəlilazadə sosial şəbəkədən gəlir əldə etmək məqsədi ilə hətta uzun zamanlar pişvazında təzim edərək dayandığı AXCP sədri Əli Kərimlini, eləcə də öz yaxın qohum-əqrabasını da söyüş hədəfinə alıb. Lakin bu ünsürün daha hansı kirli, ürəkbulandırıcı əməllərlə bağlı hərəkətlərə rəvac verməsi barədə yazının sonunda təqdim edəcəyimiz screen-shot-lar da açıq-aydın göstərməkdədir.
Məlum olub ki, M.Cəlilzadənin onunla əməkdaşlıq edən şəxslərdən biri ilə yazışması üzə çıxıb. Sözügedən yazışmada isə Cəlilzadənin özünə yeni qurban seçməsi görünməkdədir. O, qarşı tərəfə müxtəlif vədlər verir və ona deyir ki, “Mənim Əli Kərimli haqda yazdıqlarımı sil, sonra da hamıya de ki, o yazılar feykdir, özün düzəldib yaymısan”. Qarşı tərəf “Camaat inanmaz axı” deyə etiraz edir. M.Cəlilzadə isə sosial şəbəkə istifadəçilərini təhqir edərək “Camaat qoyundur, hər şeyə inanır. Tüpürüm Əli Kərimliyə də, onun müxalifətinə də. Onlar da qoyundurlar. Sən dediklərimi et, səni “diktator tv”yə moderator edəcəm” deyə reaksiya verir. Bunun arxasınca isə sözügedən YouTube-dəki kanalında fəaliyyət göstərən digər moderatorları təhqir hədəfinə alır. Mesajlaşmanın sonunda isə qarşı tərəf onunla razılaşır.
AXCP sədrinə dəyən bumeranq zərbəsi
Maraqlıdır ki, “siyasi mühacir” adı altında saxtakarlıq fəaliyyətləri göstərən bu kimi ünsürlər sonradan həyasızcasına üzə çıxır, cəmiyyət arasında fikirlər bildirirlər. Necə deyərlər, utanmasan oynamağa nə var ki...Görünür, uzun müddət AXCP sədri Əli Kərimlinin təsiri altında qalan bu kimi həyatları zəhərlənmiş “gənclər” indi anti-zəhər vasitələrinə möhtacdırlar. Ən maraqlısı isə budur ki, həyatın bumeranq olması da özünü sübuta yetirir. Vaxtilə hakimiyyəti, dövləti, xalqı təhqirə məruz qoydyran Əli Kərimlinin özü indi tələbəsi tərəfindən söyüşlərə, küfrlərə məruz qalmaqdadır.Fəqət, fakt budur ki, belələri üçün müqəddəs heç nə yoxdur və onlar hətta özləri-özlərini təhqir etsələr belə, yenə də xəyanətkar olaraq qalmaqdadırlar. Çünki istər bu adıçəkilən şəxs olsun, istərsə də digər “siyasi mühariclər” olsun – onların hər biri Azərbaycan qanunları qarşısında məsuliyyət daşıyırlar və gec, ya da tez qanunun tələbləri qarşısında mühakimə olunacaqlar. Bax, onda Əli Kərimlinin özü tərəfindən hazırladığı söyüş "kadrlarına" görə cavab verməli olacaq...
sia.az