PDF Oxu

Siyasət

  • 6 552

“Ermənilərin mənfur fikirləri heç bir məntiqə sığmayır" ÖZƏL-MÜNASİBƏT

“Ermənilərin mənfur fikirləri heç bir məntiqə sığmayır" ÖZƏL-MÜNASİBƏT

"Ermənistan əsrlər boyu öz iyrənc əməlləri ilə Azərbaycan ilə münaqişə vəziyyətində yaşayır. Ermənilərin mənfur fikirləri, heç bir məntiqə sığmayan tələbləri onların həqiqətən xəstə düşüncəli olduqlarını sübut edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.Onun sözlərinə görə, Vətən Müharibəsində dünya birliyi, Avropa ölkələri və bütün beynəlxalq qurumlar gördü ki, Azərbaycan haqlı savaş apardı: "Heç bir hüquqazidd hərəkət etmədi. Əksinə, yenə də Ermənistan tərəfi hər həmlədə humanitar atəşkəsi heçə saydı, döyüş zamanı bir çox vəhşiliklərə yol verdi. Bunlar hamısı sosial medialarda gündəmdədir. Belə olan halda təbii haldır ki, Ermənistan tərəfi öz törətdiyi iyrənc əməlləri Azərbaycanın adına yazsın. Biz artıq buna öyrəşmişik. Lakin bununla onlar heç nə əldə edə bilməyəcəklər. Necə ki, bu günə qədər heç nə edə bilməyiblər.

sia.az

Digər xəbərlər