AXCP sədrinin daha bir qeyri-insani davranışı ifşa olundu!
AXCP sədri Əli Kərimlinin istər dövlət maraqları, istərsə də bütövlükdə milli, əxlaqi dəyərləri heçə sayması faktları kifayət qədərdir və demək olar ki, onun siyasətbazlıqla məşğul olduğu hər gün bir ifşa faktı ortaya çıxmaqdadır. Əslində, Vətən müharibəsi başlayan andan yaxasını kənara çəkən, övladını hərbi xidmətə yollamayan bir ünsürdən başqa hər hansı bir dəyəri gözləmək də sadəlövhlük olardı. Amma bu dəfə üzə çıxan fakt həqiqətən də ürəkbulandırıcılığı, eləcə də qeyri-insani rəftarlıq baxımından ictimai rəydə hiddət doğurmaya bilməz.Beləliklə, bəlli olub ki, məhz Əli Kərimlinin sosial şəbəkələrdəki trolları onun sifarişi ilə guya Vətən müharibəsində iki övladı itkin düşmüş bir ananın “ağrılı-acılı” həyatını əks etdirən “reportaj” hazırlayıblar.
Vicdan əzabı çəkmək üçün normal insanda gerçək vicdan olmalıdır, belələrində isə nəinki vicdan, heç adi insani dəyərlər də, ümumiyyətlə, mövcud deyil!
Ancaq həmin “reportajdan” cəmi bir neçə saat keçəndən sonra məlum olub ki, Rəna Kazımova adlı həmin qadın ruhi xəstəliyə sahibdir və sən demə, onun ümumiyyətlə, övladları yoxdur! Beləliklə də məlum olur ki, saxtakar Əli Kərimli artıq get-gedə heç bir nüfuzunun olmadığını anlamağa başlayıb və belə bir ucuz şoular düzüb-qoşdurmaqla siyasi arenada qalmağa cəhd edir. Əslində isə, sözügedən əmələ həm də mənəvi terror adını da vermək doğru olardı. Çünki bilavasitə milli-mənəvi, həm də ailə dəyərlərinə aid olan ana məfhumu üzərində, özü də “övladlarını itirmiş ana!” yalanı üzərində oyun oynamağa başqa cür ad da vermək olmaz.İndi bu faktdan sonra normal düşüncəyə sahib insanlarda belə bir sual yaranmağa başlayır ki, əcəba, ruhi xəstəliyə düçar olmuş bir qadının, xanımın acınacaqlı vəziyyətindən istifadə edərək, feyklər üzərinə xal toplamağa səy göstərən Əli Kərimli, onun Avropadakı sözbazları - Qənimət Zahid, AXCP-nin baş hap-gopçuları - Nicat Abdullazadə, İlham Hüseyn, Emil Səlim kimi trolları heç olmasa indi özlərinin daxillərində vicdan əzabı çəkirlərmi? Buna inanmaq çətindir, çünki vicdan əzabı çəkmək üçün normal insanda gerçək vicdan olmalıdır, belələrində isə nəinki vicdan, heç adi insani dəyərlər də, ümumiyyətlə, mövcud deyil!Fəqət daha bir amil budur ki, Əli Kərimli və onun ətrafındakı qeyri-insanlar nəinki xəstə insanları öz qaranlıq niyyətlərinə görə istifadə edirlə, həm də bütünlüklə həmin əməlləri ilə şəhid və qazi ailələrinin heysiyyatlarına mənəvi zərbələr vururlar. Bir sözlə, onlar üçün müqəddəs heç nə yoxdur, yoxdursa, demək ki, onlar həqqətən də, insan cildinə girmiş və cəmiyyətə bəlli olmayan əcaib-qəraib məxluqlardırlar.
sia.az