PDF Oxu

Siyasət

  • 8 052

YAP Qaradağ rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət ediblər

YAP Qaradağ rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının fəalları və Gənclər Birliyi tərəfindən "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə Vətən Müharibəsi şəhidi Teyyublu Çərkəz Vidadi oğlunun ailəsi və məzarı ziyarət edilib. Məzarı önünə gül dəstələri qoyulub. Ailənin problemləri dinlənilib, problemin həlli istiqamətində köməklik gösdərilib.Bundan başqa Vətən müharibəsi şəhidi Məmmədquliyev Ağabəy Zaur oğlunun Qaradağ rayonu Korgöz qəsəbəsində yaşayan ailəsi və məzarı ziyarət edilib, məzarı üzərinə gül dəstələri düzülüb. Məzarı başında şəhidimizin əsl vətənpərvərlik nümunəsi göstərməklə, düşmənə qarşı öz qanından, canından keçməklə doğma Vətənini qoruması haqqında ailəsinə məlumat verilib, onların təəssüratları dinlənilib. Ailəsi belə qəhrəman və cəsarətli oğul böyütdükləri üçün qürur və fəxarət hissi duyublar.Vətən müharibəsi şəhidi Mirzəliyev Kamal Əjdər oğlunun Sahil qəsəbəsində yaşayan ailəsi də ziyarət edilib və pandemiya qaydalarına uyğun olaraq şəhidin “52 mərasimində” iştirak edilib. Eyni zamanda şəhidimizin Lökbatan qəsəbəsi “Şəhidlər xiyabanı”nda məzarı ziyarət edilib, məzarı üzərinə əklil qoyulub.Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda igidliklə döyüşüb Şəhadət zirvəsinə ucalan qəhrəman Vətən övladları dərin hörmət və ehtiramla yad edilib.

sia.az

Digər xəbərlər