Bu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının son 17 illik Prezidentlik fəaliyyətinin nailiyyətləridir. Azərbaycan Prezidenti ötən il "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrammı"nın icrasının birinci ilinin yekunları ilə bağlı keçirilən konfransda çıxışı zamanı regionlarının dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunları, cari ildə görüləcək işlər haqqında danışaraq bildirmişdi: "Sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir".Bəli, son 17 il ərzində Azərbaycan kosmik dövlətə çevrildi. Prezident İlham Əliyev peykin orbitə uğurla buraxılması münasibətilə Azərbaycan xalqını təbriki zamanı bildirmişdir ki, bu, dövlətimizin böyük qələbəsidir: "Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük".Xatırladaq ki, 2013-cü il fevralın 8-də "Azerspace-1" telekommunikasiya peyki, 2014-ci ilin iyununda "Azersky" Yerin məsafədən müşahidəsi peyki orbitə çıxarılıb və bu peyklərin çox böyük əhəmiyyəti var. Belə ki, bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Digər tərəfdən, Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb. Peyklərin bir üstünlüyü də ondan ibarətdir ki, onlar ölkəmizə valyuta gətirir. Həmçinin, "Azersky" müşahidə peyki vasitəsilə ölkəmizin müdafiəsi və təhlükəsizliyi istiqamətində geniş istifadə olunur. Bundan həm də dünyanın istənilən nöqtəsində baş verən hadisələri daim müntəzəm izləmək mümkündür. Prezidenti İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən işğaldan azad olunan torpaqlarımızın bərpa işlərində peyk görüntülərindən səmərəli istifadə etməyi də tapşırmışdı və bildirmişdi ki, bu bərpa işlərində əlavə imkanlar yaradacaq: "Peyk görüntüləri bizə əlavə imkanlar yaradır, həm müharibə dövründə, həm də müharibədən sonra təbii ki, bərpa işlərində. Biz ermənilər tərəfindən qırılmış meşələrin həcmini məhz peyklərdən müəyyən edə bilmişik və indi yerlərdə bunu təsdiq edirik"."Peyk görüntüləri, eyni zamanda, minalarla daha çox çirklənmiş yerləri də təsbit edir. Ona görə bu imkanlardan da səmərəli istifadə etməliyik", – deyə dövlətimizin başçısı vurğulayıb.Digər uğurlu imza - ötən ilin əvvəlində başlamış pandemiya və ardınca müharibənin qələbə imzası oldu. Heç kəs unutmamalıdır ki, reallıqda siyasətçinin sözünə yox, həyata keçirdiyi işlərə qiymət verilir. Prezident İlham Əliyev cənabları da, məhz 17 illik fəaliyyətinə görə Azərbaycanda yeganə lider olduğunu sübut etməklə bildirmişdir ki, həyata keçirilən bütün uğurlu layihələrin aparıcı qüvvəsi, təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü öz üzərinə götürən ölkə bizik - Azərbaycandır və bunu etmişik: "Uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran bizim siyasətimiz və addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik. Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir".Gözlənilmədən bəşəriyyətin üzərinə yeriyən koronavirus adlı kabusun qarşısında dünyanın bir çox böyük dövlətlərinin pandemiyasının ağır fəsadları qarşısında zəif, naəlac qaldığı bir məqamda, Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, əhalinin sağlamlığının qorunması üçün ardıcıl, düşünülmüş addımlar atılıb. Nəticə göz qabağındadır. Təhlükənin ilk anından "Biz birlikdə güclüyük!" deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətlərini xalqımız görür və öz rəhbərinə inanır. Ən uğurlu nailiyyət isə Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisi olmaqla yanaşı, bu tarixi çağırış idi. Çünki belə bir çağırışı ancaq tarixi liderlik missiyasını Prezident İlham Əliyev üzərinə götürə bilərdi və bunu da Azərbaycan Prezidenti etdi. Lakin bu böyük diplomatik uğura işğalçı ölkə olan Ermənistan bir daha əsl irticaçı siyasətini göstərməklə, bir daha dünya dövlətləri arasında özünü rüsvay etdi.Növbəti imza isə, 30 illik həsrətə 44 gün ərzində Qarabağ münaqişəsinə Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının diplomatik siyasəti və rəhbərliyi ilə "İRƏLİ!" göstərişi ilə güclü Ordumuzun, Müzəffər əsgər və zabitlərimizin rəşadəti ilə Qarabağ Azərbaycandır! nidasının qoyulması oldu. Bu qələbə Xalq-İqtidar-Ordu birliyinin, Ali Baş Komandanımız İlham Əliyev cənablarının son 17 illik prezidentlik fəaliyyəti müddətində ordumuza daima diqqət və qayğısının, dəmir yumruğunun nəticəsidir. Xalqımız, bütün dünya dövlətləri və xalqları bir daha gördü ki, Azərbaycan bütün bu qələbələrə həmrəyliyi, Xalq-İqtidar birliyi ilə qazanıb və 2021-ci ilə isə bir milyondan artıq soydaşlarımız "köçkün" damğası ilə getmir, bir daha doğma yurd-yuva həsrətindən danışılmayacaq.Və bu gün bu uğurlu siyasətə qara yaxmağa çalışan, yalan və manipuliyasiyalarla insanların fikirlərini dəyişdirməyə can atan məkrli xarici qüvvələr və nüfuzdan düşmüş radikal müxalifətin anti-Azərbaycan təbliğatının mənasız və əsassız olduğunu xalqımız görür və heç bir qüvvə bu ğirliyi sarsıda bilməz. Çünki Azərbaycanın beynəlxalq aləmdəki imzası mötəbərliliyi ilə seçilir. Dövlət başçımızın dediyi kimi: "Sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir".Bəli, bu gün Azərbaycan imzası qədər verdiyi sözündə möhtəşəmdir və beynəlxalq aləmdə imzasının olması isə möhtəbərliyini sübut edir.
sia.az