"Bütün dünyaya səs salan 44 günlük müharibənin qələbə ilə başa çatması dostları sevindirdiyi kimi, düşmənləri də kədərə və yasa qərq etdi. Təəssüf ki, ölkədə də bu qələbədən sevinməyənlər tapıldı. Onlar pərtliklərini müxtəlif bəhanələr altında gizlətməyə çalışırlar". Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib. Onun sözlərinə görə, Azərbaycan geopolitik vəziyyəti nəzərə alıb zəfər üçün nə mümkün idi onu da edə bildi: "Bəziləri indi haray-şivən qoparır ki, niyə Xankəndinə kimi gedib erməniləri qovmadıq və s. Nəzərə almaq lazımdı ki, bir sıra böyük güclər heç müharibənin başlamasına imkan vermək istəmirdilər. Azərbaycana Ermənistanın böyük bacısı Fransa, Rusiya və digər xristian Qərb dövlətləri ciddi təzyiqlər edirdilər ki, müharibə dayandırılsın. Lakin Cənab Prezident bu təzyiqlərə baxmadan mümkün olanlardan da artığını etdi. Daxildəki bədxahlar, eləcə də "5-ci kalon" əllərindən gələn pislikləri etsələr də, bu pisliklərinin qarşılığını görəcəklər. Necə ki, indiyədək belə olub. Xalq belə adamların cavabını özü verib, bundan sonra da verəcək. Biz qalib xalq olaraq bundan sonra böyük qayıdışa hazırlaşmalı və bu çətin məsuliyyətli proseslərlə məşğul olmalıyıq".
sia.az