Yaxud Liviya səfiri ilə Britaniya səfiri arasında ayrıseçkilik etməyin açıq məqsədi
Bəlli olduğu kimi, ötən həftə xarici səfirlik nümayəndələri və diplomatlar növbəti dəfə işğaldan azad olunmuş ərazilərimizə səfərləri baş tutub və onlar bir daha erməni vəhşiliyinin, vandallığının şahidlərinə çevriliblər. Diqqət çəkən məqamlardan biri isə belə bir mühüm tədbirlə bağlı, hətta xarici informasiya məkanlarında məlumatların yer almasına rəğmən, özlərini "azərbaycanlı" adlandırıb, düşmən maraqlarına işləyənlərin, ümumiyyətlə, bu məsələyə maraq göstərməmələri, təbliğatını aparmamaları, sosial şəbəkələrdə yaymamalarıdır.
Bu fakt nə AXCP sədri Əli Kərimlinin, ya da onun Fransada oturub hələ də erməni maraqlarına nökərçilik edən baş mirzəsi Qənimət Zahidin veclərinə olmayıb
Xüsusilə sözügedən səfər çərçivəsində liviyalı diplomat Əşrəf Adəmin Zəngilanda ermənilər tərəfindən tamamilə dağıdılmış və donuz saxlanmış məsciddə namaz qılması sosial şəbəkə istifadəçiləri və xalqımız tərəfindən böyük diqqətə səbəb olsa da, bu fakt nə AXCP sədri Əli Kərimlinin, ya da onun Fransada oturub hələ də erməni maraqlarına nökərçilik edən baş mirzəsi Qənimət Zahidin, həmçinin də trollarının veclərinə olmayıb. Halbuki, hazırkı dövrə qədər bu adamlar ümumiyyətlə heç bir milli-mənəvi dəyərlərin, milli düşüncənin müdafiəsinə qalxmayıblar, əksinə bacardıqları qədər həmin dəyərləri öz kirli siyasi oyunlarının güdazına veriblər. Beləliklə, liviyalı səfirin dağıdılmış məsciddə namaz qılması faktı bu ünsürlərin necə deyərlər, bir tüklərini olsa belə tərpətməyib.
Sözügedən ünsürlər ermənilərə bu qədərmi sadiqdirlər?
Yeri gəlmişkən, diqqət çəkən məqam da məhz budur ki, Azərbaycan müsəlman ölkəsi olaraq həm də dünyaya öz tolerantlığı ilə nümunə etalonu kimi təqdim edilməkdədir və bu etalon bir çox mərkəzlərdə yüksək dəyərləndirilir.Ancaq o da sirr deyil ki, Qərb siyasi dairələrində bütövlükdə islamafobiya adlandırılan bir reallıq da var və Azərbaycan da zaman-zaman bu zərərli baxışların hədəfinə tuş gəlib. Lakin məsələ heç bunda da deyil...Məsələ ondadır ki, AXCP sədri Əli Kərimli başda olmaqla, Qənimət Zahid və onların trolları Liviyadan olan diplomatın dağıdılmış Zəngilan məscidinin xarabalığında qıldığı namazın şəklini deyil, Britaniya səfirinin paylaşımını ictimailəşdiriblər. Bu zaman həmin məsələdən hansı nəticəni çıxarmaq olar? Yaxud, niyə məhz Brtitaniya səfirinin paylaşımı ön götürülüb? Erməni vandalizminə dair niyə tənqidi status yazmadılar? Və ya sözügedən ünsürlər ermənilərə bu qədərmi sadiqdirlər?
Ən azından, bilməyənlər də bu quyruqbulayanların hansı yuvanın quşları olduqlarını öyrənmiş oldular
Məsələ bəlli, sualların da cavabı məlumdur zatən. Yəni bu ünsürlər açıq-aydın Britaniya səfirliyinin etimadına daxil olaraq demək istəyiblər ki, "görürsünüzmü, biz – "ana müxalifət" olaraq, sizinlə əməkdaşlıq etmək marağındayıq və hər addımınızı bölüşür, paylaşırıq və s".Bəli, bunlara erməni vandalizmini bütün çılpaqlığı ilə ortaya qoyan və ürəkləri donduran faktı təbliğ etmək sərf eləmir. Bunlar üçün ümumiyyətlə, dini, milli, mənəvi məsələlər yaddır, yaxın olanı isə, sözün əsl mənasında, Qərb səfirliklərinin qarşısında bacardıqları qədər çox quyruq bulamalarıdır Belə olmasa idi, ən azından, heç bir ayrıseçkilik salmadan Liviyadan olan səfirin dağıdılmış məscidin mehrabı qarşısında namaz qılmasını əks etdirən fotosunu da paylaşardılar. Amma bunu etmədilər və nə yaxşı ki, etmədilər də. Ən azından, bilməyənlər də bu quyruqbulayanların hansı yuvanın quşları olduqlarını öyrənmiş oldular...
sia.az