PDF Oxu

Siyasət

  • 6 793

YAP Samux rayon təşkilatı Vətən müharibəsi qaziləri ilə videogörüş keçirib

YAP Samux rayon təşkilatı Vətən müharibəsi qaziləri ilə videogörüş keçirib

YAP Samux rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə Vətən müharibəsi qazilərilə videogörüş keçirilib.Videogörüşdə YAP Samux rayon təşklatı gənclər birliyinin üzvləri və Vətən müharibəsi qaziləri – Məmmədov Mülkədar (Samux şəhəri), Bayramov Elnur (Qarayeri qəsəbəsi), Mahmudov Elnur (Qarayeri qəsəbəsi) və Məmmədov Əli (Hacallı kəndi) iştirak edib. Görüşdə qazilərimiz Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan danışıblar. Döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarından, torpaqlarımız azad olunduqca yaşadıqları hisslərdən söz açıblar. Bildiriblər ki, Ali Baş Komandanın iradəsi və qətiyyəti, diplomatik və siyası qələbələri onları daha da ruhlandırıb. Beləliklə, böyük qələbəyə daha tez çatıblar. YAP Samux royon təşkilatı gənclər birliyinin sədri Rəşid Şabanov 44 günlük Vətən Müharibəsində samuxluların qəhrəmanlıqlarından qürur duyduqlarını, bu qüruru yaşatdıqları üçün rayon gənclər birliyi adından onlara minnətdar olduqlarını bildirib.Tədbirdə çıxış edən gənclər qeyd ediblər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaqdır. Onlar və ailələri daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.

sia.az

Digər xəbərlər