"Aydındır ki, "Qarabağ klanı”nın hakimiyyətə gəlməsi Bakı ilə İrəvan arasında əldə edilən razılaşmanın pozulması, ən yaxşı halda əlavə problemlərin yaranması deməkdir. İndiki şəraitdə Rusiyanın özü də bunda maraqlı deyil. Ona görə də Köçəryanın yenidən hakimiyyətə qayıtmaq istəyi və erməni müxalifətinin bir hissəsinin ona dəstək nümayiş etdirməsi Moskvanın planı deyil”. SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.Politoloq hesab edir ki, Moskva Köçəryanın hakimiyyətə gəlməsinə imkan verməyəcək: "İndiki geosiyasi reallıqlar şəraitində Moskva Paşinyanın iqtidarda qalmasında daha çox maraqlıdır, nəinki onun dəyişdirilməsində. Çünki Rusiyanın vasitəçiliyilə Azərbaycan qarşısında öhdəliyə məhz Paşinyan iqtidarı cavabdehdir”.Ekspert eyni zamanda xatırladır ki, müxalifətin müəyyən kəsimi ona dəstək versə belə Köçəryanın nüfuzu hədəfinə çatmağa yetərli olmaya bilər: "Onun kim olduğu Ermənistandakı sağlam qüvvələrə bəllidir. Qarabağa gəlməsi, Rusiyaya və ya ABŞ-a getmək istəməsi ona ciddi dividentlər gətirməyib. Ona görə də Köçəryanın şanslarını ciddi qəbul etmirəm”.E.Manafovun fikrincə, Ermənistanın növbəti Prezidenti Levon Ter-Petrosyan olacaq: "Onu da qeyd edim ki, erməni ekspertləri ölkədə növbəti Prezident qismində sabiq prezident Levon Ter-Petrosyanı görürlər. Paşinyan da bunda maraqlı ola bilər”.
sia.az