PDF Oxu

Siyasət

  • 5 721

Aqrar sahə sürətlə inkişaf edəcək ÖZƏL-MÜNASİBƏT

Aqrar sahə sürətlə inkişaf edəcək ÖZƏL-MÜNASİBƏT

2020-ci il xalqımıza həm fərəhli, həm də çətin, ağrılı anlar yaşatdırdı. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun şücaəti sayəsində hər iki düşmənə koronavirusa və ermənilərə qalib gəldik.

“Erməni faşistlərinin vurduğu yaralar çox dərindir və onun sağaldılmasına illər, səbr və əməli tədbirlər lazımdır. Çünki erməni təcavüzkarları işğal etdikləri bütün şəhər və kəndləri tamamilə dağıtmışlar, daşı daş üstündə qoymamışlar. Onlar bütün sahələrdə olduğu kimi kənd təsərrüfatına da ağır zərbə vurmuşlar. Mütəxəssislərin hesablamalarına görə aqrar sahəyə dəymiş ziyan on milyard manatlarla ölçülür. Həmin ərazilərdə yüzlərlə kənd təsərrüfatı xarakterli obyektlər, çox saylı emal müəssisələri, zavodlar, yüz minlərlə mal-qara, işlək maşın-mexanizmlər, göl və su anbarları, maşın-traktor parkları məhv edilmişdir. Hidrotexniki qurğular, kollektor-drenaj şəbəkələri, kanallar, su hövzələri tamamilə dağıdılmışdır. İşğal altında olan və kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq-əkin, örüş-otlaq və biçənək sahəsi illər boyu istifadə edilmədiyindən yararsız hala düşmüşdür.Bütün bunlara baxmayaraq son 17 ildə Azərbaycan iqtisadiyyatı 3.4 dəfə, kənd təsərrüfatı isə 2 dəfə artmışdır. Keçən il çətin şəraitdə aqrar sahədə çalışanlar, top, raket atəşi altında bol məhsul yetişdirmiş və demək olar ki, ili yaxşı nəticələrlə başa vurmuşlar. Pambıqçılar 336 min ton hər hektardan 33.6 sentner məhsul götürmüşlər. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə 3257.1 ton taxıl istehsal edilmişdir. Üzüm, tütün istehsalı əvvəlki illərdən artıq olmuşdur. Meyvə-giləmeyvə, yaşıl çay yarpağı, tərəvəz, kartof, bostan məhsulları da artımla yerinə yetirilmişdir. Dövlət Başçısının tapşırıqlarına əsasən kənd təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihələr, kadr islahatları, qabaqcıl təcrübənin, yeni texnologiyaların isə tətbiqi, tapşırılan iş üçün məsuliyyətin artırılması uğurlu nəticələrə zəmin yaratmış və aqrar sektorda işlər daha da canlanmışdır.
Əlbəttə ki, işğaldan azad olunan ərazilərin bərpası qarşıya çox vacib və təxirəsalınmaz vəzifələr qoyur. Daha ciddi tədbirlər görməyi tələb edir. Əminəm ki, Prezidentimizin rəhbərliyi sayəsində düşmənlə mübarizədə olduğu kimi ərazilərin bərpa edilməsində də xalqımız həmrəylik nümayiş etdirəcək və biz torpaqlarımızı cənnətə çevirəcəyik. Həmin ərazilərdə aqrar sahə də sürətlə inkişaf edəcək və ölkə iqtisadiyyatına yeni töhfələrini verəcəkdir”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər