Onun ətrafında toplaşanların hər birinin üzərində cinayət əməlləri var
Əslində, özünü “AXCP sədri” qismində təqdim edərək, həm də “ana müxalifət lideri” kimi var-gəl edən Əli Kərimlinin ətrafının, daha dəqiq desək, yan-yörəsinin cinayətkar yığnağı olması barədə faktlar kifayət qədərdir. Bu faktlar indinin özündə də qalmaqdadır və söz yox ki, burada bir atalar misalını da xatırlatmaq yerinə düşərdi – dostunu göstər, sənin kim olduğunu deyim. Məhz bu kontekstən çıxış edərək bəzi xatırlatmaları etmək əslində həmin fikri yeniləmiş olardı. Başlayaq elə Əli Kərimlinin özündən.
Çuğulluq edən komsomolçu və “KQB” agenti
Bu adam hələ tələbə olduğu illərdə, sovet dönəmlərində komsomolçuluq fəaliyyəti göstərərkən, həm də universitetin baş çuğulçusu rolunu da oynayıb. İşi-gücü milli vətənpərvərlik ruhunda, düşüncəsində olan tələbə yoldaşlarını, müəllimlərini (elə Elçibəyin özünü də-R.R.) satmaqla “KQB”yə agentlik edib. Əbəs deyil ki, bu gün Elçibəyin portreti altında manipulyasiyalar edib, özünü “milli mücadiləçi” adlandıran Əli Kərimlini məhz Elçibəy “komsomolçu” adlandırıb, bu vasitə ilə onun əməllərini ifşa edib.Beləliklə, Elçibəyin ölümündən sonra AXCP-ni işğal edən Əli Kərimli sonradan onun strukturlarına özü kimi cinayətkarları, xəyanətkarları və digər ictimaiyyətə zərərli ünsürləri yığmağa başladı. Bəs kimlərdir onlar?
Oğrular, narkotik satanlar, ailəsinə zorakılıq edən mazoxistlər, övladları imtina olunanlar, xuliqanlar, terrorçular, anasını döyənlər, manyaklar və daha kimlər-kimlər...
AXCP sədrinin müşaviri Qabil Məmmədrzayev 200 min manatlıq oğurluq edən şəxsdir və bu cinayət əməli onun üzərində qalmaqdadır.AXCP üzvü Təzəxan Mirələmlinin atası vaxtilə 5 kq. narkotiklə tutulub və cinayət əməlinə görə qanun qarşısına çıxarılıb.Əli Kərimlinin sürücüsü Paşa Umudov narkotik ticarəti ilə məşğul olmuş şəxsdir, o da bu cnayətkar əməlinə görə məhkəmə qarşısına çıxarılıb.AXCP sədrinin müavini olmuş Fuad Qəhrəmanlı həyat yoldaşını, qızını vəhşicəsinə döyən mazoxist və qəddar fərd kimi tanınır, hətta övladları belə ondan bu əməllərinə görə imtina ediblər.AXCP rəyasət heyətinin üzvü Ayaz Məhərrəmli ailəsindən ayrılıb və uşağına aliment verməyən adam kimi tanınır. Bir insan ki, öz övladından imtina edirsə, ondan hansı müsbət cəhətləri gözləmək olar?Əli Kərimlinin mühafizəçilərindən Ruslan Əmirov xuliqandır, Niyaməddin Əhmədov isə terrorçudur.Asif Yusifli, Şəmsi Kəsəmənli, Məmməd İbrahimin oğlu da dövlət çevrilişinə cəhd edən, parlamentin binasını yağmalayan cinayətkarlar sırasında yer alır.AXCP sədrinin media və sosial şəbəkə PR-nı quran Fatimə Mövlamlı dəfələrlə anasını döydüyünə görə polisə düşüb, eyni zamanda qanunsuz küçə yürüşlərində dövlət əleyhinə şüarlar səsləndirib, xüsusilə qeyri-ənənəvi cinsi həyat yaşaması barədə də məlumatlar var.Qənimət Zahiddən isə ümumiyyətlə məlumatlar bolluğu ilə danışmaq olar. Onun eyş-işrət məclislərindən tutmuş, dövlət maraqlarını satmasına qədər faktları kifayət qədər çoxdur.Və ən nəhayət, siyasi kimliyi, ümumiyyətlə, hansı məzhəbə xidmət etdiyi bilinməyən Tofiq Yaqublu aqressiv xəstə və vintaçanla insanlara xəsarət yetirən manyakdır. Xüsusi hay-şivənliyi ilə seçilir.Əslində, sözügedən siyahıda çox cəbhəçilərin adlarını qeyd etmək olar. Özü də ayrı-ayrılıqda! Lakin sual yaranır ki, əcəba, nəyə görə Əli Kərimlinin ətrafında normal düşüncəyə sahib, sağlam təfəkkürlü fərdlər cəmləşməyiblər? Sanki Əli Kərimli partiya sədri deyil, bir cinayətkar ünsür olaraq mafiya krtelinin bossudur. Halbuki, onun məqsədi siyasi hakimiyyətdir və iraq olsun, o hakimiyyətə-filana yiyələnərsə, görün bütövlükdə ölkənin və xalqın başına hansı oyunlar açıla bilər! Hər halda, yuxarıda qeyd edilən atalar misalı da məhz bu reallığı tam çılpaqlığı ilə əks etdirməkdədir.
sia.az