PDF Oxu

Siyasət

  • 7 593

Fevralın 15-də metro işə düşür? METROPOLİTEN RƏSMİSİ AÇIQLADI

Fevralın 15-də metro işə düşür? METROPOLİTEN RƏSMİSİ AÇIQLADI

Son günlər sosial şəbəkələrdə, eləcə də bir sıra kütləvi informasiya vasitələrində Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin fevral ayının 15-də bərpa olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.Məsələ ilə bağlı SİA-ya açıqlama verən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun fevralın 15-də açılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Bakı Metropoliteni" QSC-ya hər hansı bir qərar daxil olmayıb: "Sosial şəbəkələrdə və xüsusilə də Bakı metropoliteninin adından yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır. Bu birmənalı şəkildə yalnız Operativ Qərargahın səlahiyyətindən asılıdır. Operativ Qərargah hələ müvafiq qərar imzalamayıb. Sözügedən qurum metro fəaliyyətini bərpa edəndən sonra sərnişinlərin pamdemiya qaydalarına hansı şərtlər daxilində əməl edəcəyini də açılayacaq”.B.Məmmədov həmçinin kütləvi informasiya vasitələrindən bununla bağlı məlumatları yayarkən, həmçinin geniş ictimaiyyətdən yalnız rəsmi mənbələrin məlumatına istinad etmələrini xahiş edib.

sia.az

Digər xəbərlər