PDF Oxu

Siyasət

  • 7 392

Diplomatların işğaldan azad olunmuş ərazilərə səfərləri... - ŞƏRH

Diplomatların işğaldan azad olunmuş ərazilərə səfərləri... - ŞƏRH

Məqsəd həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərməkdir

Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri fevralın 6-da işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər edib.Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev səfərin məqsədi ilə bağlı qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda akkreditə olunmuş səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə birlikdə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgələrini ziyarət etmək üçün yola çıxıblar. Onlar ermənilər tərəfindən dağıdılmış qəbiristanlığa baş çəkiblər.Qeyd edək ki, artıq belə səfərlər neçənci dəfədir ki, təşkil olunur. Dəfələrlə erməni vandalizminin törətdiyi vəhşiliklər diplomatları dəhşətə gətirib və onların heç bir dəyərə hörmət etmədiyinin bir daha şahidi olublar.
Prezident İlham Əliyev: "Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət"
"Baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur",-deyən Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə verdiyi müsahibəsində bildirib.Dövlət başçısı onu da deyib ki, bu alçaqlar həmişə saxta, yalançı, mənəviyyatsız olub: "Hətta atəşkəsin Ermənistan tərəfindən pozulması aydın olduqda belə. Moskvada atəşkəs əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. İndi də, Vaşinqtonda atəşkəs razılaşdırıldıqdan bir gün sonra, özü də bunun üçün onlar yalvarırdılar. Axı, atəşkəs barədə yalvaran onlar idi. Moskvada da, indi də Fransa tərəfinin fəaliyyəti nəticəsində əldə edilmiş atəşkəs pozulub. Bir gün keçmədi, onlar Bərdəni atəşə tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu. Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət".Bəli, buna diplomatlar bir daha şahid oldular.
Erkan Özoral: "Cəbrayılda gördüklərimiz insanlıqdan kənardır, əsl vəhşilikdir"
"Azərbaycanın işğaldan azad etdiyi digər rayonlarında olduğu kimi, Cəbrayılda da eyni mənzərənin şahidi olduq. Bu ərazilərdəki dağıntılardan ibrət götürmək lazımdır". Bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Ermənistan tərəfindən yerlə-yeksan edilmiş Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında deyib."Şəhəri yerləbir etdiklərini, bütün abidələri, o cümlədən mədəniyyət abidələrini dağıtdıqlarını gördük. Hətta məzarları soyduqlarının, insan sümüklərinin ətrafa səpələndiyinin şahidi olduq. Bunlar insanlıqdan kənardır, əsl vəhşilikdir. Bütün bunların hesabı mütləq verilməlidir", - deyə Erkan Özoral qeyd edib. "Cəbrayılda belə bir mənzərəni görmək doğrudan da çox ağrılıdır",deyən Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebic Cəbrayılda ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.Səfir bildirib ki, xüsusilə qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılı bir səhnədir: "Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha belə mənzərələri yaşamamalıyıq".
Reza Deqati: "Ermənilər qəbiristanlıqdakı bütün qəbirləri ekskavatorla qazaraq qızıl axtarıblar"
"Cəbrayıl şəhərində bir dənə də olsun salamat ev qalmayıb. Bu, bir dəhşətdir". Bunu dünya şöhrətli fotoqraf Reza Deqati xarici diplomatlar və hərbi attaşeləri Cəbrayıl şəhərindəki qəbiristanlıqdakı vəziyyətlə bağlı məlumatlandırarkən deyib. O vurğulayıb ki, ermənilər bütün qəbirləri dağıdıblar: "Ermənilər qəbiristanlıqdakı bütün qəbirləri ekskavatorla qazaraq qızıl axtarıblar. Hesab edirəm ki, bu insanlığa və bəşəriyyətə qarşı bir cinayətdir. Mən Birinci Qarabağ müharibəsi zamanında da burada olmuşam. Ancaq indi gördüyüm hər şey məni dəhşətə gətirir. Çünki mən nə qədər hərbi münaqişə zonalarında olmuşam və heç yerdə belə dəhşətli mənzərə görməmişəm".
Qeyd edək ki, dünyada tanınmış fotoqraf Reza Deqqəti bildirib ki, son 30 ildə Dağlıq Qarabağ münaqişəsinə, erməni işğalına dair şəkillər çəkir: "Qarabağda müharibə yenidən başlayan kimi mən təkrar Azərbaycana gəldim. İndiyədək dünyanın müxtəlif münaqişə bölgələrində olmuşam. Amma buradakı kimi dəhşəti az görmüşəm. İşğal edilmiş ərazilərdə ermənilər tərəfindən insanlığa qarşı cinayət törədilib. Qəbirlər ekskovatorla qazılıb, sümüklər çıxarılıb. Ermənilər o qədər qəddardırlar ki, cəsədlərin çıxarılmasından ləzzət alıb, qızıl dişlər axtarıblar".Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri əvvəlcə Cocuq Mərcanlı kəndində olublar.Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər barədə ümumi məlumat verib, həmçinin Cocuq Mərcanlının qayıdış rəmzi olduğunu bildirib.H.Hacıyev qeyd edib ki, "Ermənistan işğal etdiyi torpaqlarda dini yerləri, məscidləri yerlə yeksan edib. Ancaq fəxrlə deyə bilərəm ki, mənim ölkəmdə məscidlər, sinaqoqlar, kilsələr qorunur və yanaşı yerləşir". O qeyd edib ki, yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək: "Biz Prezidentin dediyi kimi, yenidənqurma işlərində qərarlı və qətiyyətliyik. Bərpa prosesi ilə bağlı artıq layihələr təsdiqlənib".Bəli, bu gün terrorçu və işğalçı Ermənistanın barbarlığı, vandallığı heç də təəccüb də doğurmur. Çünki terrorçu Ermənistan bütün dünyada işğalçılıq siyasəti ilə qəbul edilir. Azərbaycan isə həmişə haqq və ədalətin bərpası uğrunda mübarizə aparıb. Məhz sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı İkinci Vətən Müharibəsində Ali Baş Komandanımız, Prezident İlham Əliyev diplomatik siyasəti, Müzəffər Ordumuzun gücü, rəşadətli əsgər və zabitlərimizin şücaəti nəticəsində işğal altında olan torpaqlarımızın həsrətinə noyabrın 10-da son qoyuldu. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Və Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi: "Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".Artıq dünya ictimaiyyəti, ayrı–ayrı beynəlxalq təşkilatlar və dövlətlər bir daha şahid oldular ki, Cənubi Qafqazda terrorçu, işğalçı, barbar dövlət Ermənistandır və törətdikləri cinayət əməllərinə görə cəzalandırmalıdır.Belə ki, ermənilər işğal etdikləri torpaqlarımızdakı yüzlərlə mədəniyyət müəssisəsini də dağıdıblar. Mədəniyyət Nazirliyinin açıqladığı faktlara görə, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.O cümlədən Cəbrayıl rayonunda VII-XII əsrlərə aid 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonundakı Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminə məruz qalıb.Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ və ətraf 7 rayonda 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox (2625 ədəd) tarix və mədəniyyət abidəsi var. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir. Eyni vandallıq əməllərini onlar Ermənistan ərazisindəki tarixi torpaqlarımızda Azərbaycan xalqına aid maddi-mədəniyyət abidələrinə qarşı da həyata keçiriblər. Təkcə bir faktı diqqətə çatdıraq ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid - Göy məscid qismən salamat qalıb. Bunu da erməni xislətinə uyğun olaraq "gözə kül üfürmək"dən ötrü saxlayıblar.Əlbəttə, bütün bu dağıntılar məqsədli şəkildə edilib. Bu mənfur millət Ermənistan ərazisindəki tarixi torpaqlarımızda, Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara aid tarixi mirasları viran qoymaqla azərbaycanlıların bu ərazidəki mədəni kimliyinin itirilməsi məqsədini güdüb. Bu torpaqlarda bütün milli izlərimizi silməyə çalışıblar. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Cəbrayıl rayonuna səfəri zamanı erməni işğalçılarının çirkin niyyətini açaraq bildirmişdi: "Cəbrayıl şəhərinə gedən yolun ətrafı da eyni vəziyyətdədir. Budur, erməni işğalçılarının çirkin üzü. Bu, erməni vandallarının əsl mahiyyətini ortaya qoyur, onların kimliyini göstərir".
Prezident İlham Əliyev: "Bu işlər planlı şəkildə aparılacaq"
Artın Ermənistanın ərazilərimizdəki dağıdıcılıq əməllərinin dəqiq miqyasını müəyyən etməkdən ötrü qiymətləndirmə işləri aparılır. Bununla bağlı lazımi tədbirlər görülür.Azərbaycan Prezidenti bu işlərin planlı şəkildə aparılacağını qeyd edib. İlk növbədə, ziyanın hesablanması, dəqiq uçotu, ondan sonra bərpa-yenidənqurma işləri həyata keçiriləcək: "Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası - bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik".Artıq bərpa-quruculuq işlərinə başlanılıb. Müqəddəs şəhərimiz olan Şuşaya Füzulidən Zəfər yolumuz çəkilir, bütün işlər planlı aparılır. Qarabağ Azərbaycanımızdır öz planlı bərpa, quruculuq və abadlığı ilə möhtəşəm nailiyyətlərin NİDASINI qoyacaq!
Ermənistan isə illərlə törətdiyi cinayət əməllərinə görə cavab verməli olacaq
Bəşəriyyətə qarşı mənfur əməlləri ilə özlərini gələcəksizliyə məhkum etmiş ermənilərin dağıdıcılıq əməlləri isə cavabsız qalmayacaq. Onlar bu vəhşiliyə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar. Azərbaycan 30 ilə yaxın dövr ərzində bu vəhşiliyi törətmiş Ermənistana qarşı təzminat davası açacaq. Çünki bu, haqqın, ədalətin bərpası uğrunda aparılan savaş davasıdır, soydaşlarımızın pozulmuş haqlarının bərpasının davasıdır. Həmişə Qalib olan Azərbaycan bu davada da mütləq zəfər qazanacaq.

sia.az

Digər xəbərlər