YAP Ucar rayon təşkilatının bir qrup üzvü Qarabağ uğrunda döyüşlər zamanı 8 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndində itkin düşmüş zabit Məmmədov Qadir Aslan oğlunun ailəsini ziyarət ediblər. Bu il fevralın 8-də Qadir Məmmədovun itkin düşməsinin 28-ci ildönümü tamam olub.Ziyarət zamanı Vətən uğrunda canlarını qurban verən, qazi olan, itkin düşən qəhərman oğullarımızın şücaətindən bəhs olunub.
yap.org.az