PDF Oxu

Siyasət

  • 7 847

“44 günlük müharibə radikal müxalifətin də varlığına son qoydu" ÖZƏL-MÜNASİBƏT

“44 günlük müharibə radikal müxalifətin də varlığına son qoydu" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanın qələbə ilə başa vurduğu 44 günlük müharibə ölkə əhalisi arasında ictimai rəyi birmənalı şəkildə qütbləşdirdi. Ölkə əhalisi büsbütün müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi, onu birmənalı şəkildə dəstəklədi. Bu birlik, bu həmrəylik ölkədə yad fikirliliyə, müxalif düşüncəyə yer saxlamadı". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, Media eksperti Müşfiq Ələsgərli deyib.Onun sözlərinə görə, insanlar onlara torpaq qaytaran, 30 illik həsrətlərinə son qoyan, müharibəni ən az, minimum itkilərlə tamamlayan bir Komandanı qoyub, 27 il ərzində yalan danışan, işi –gücü ölkəni, iqtidarı şərləməkdən ibarət olan siyasi çevrəyə heç vaxt dəstək verməz: "Qısa desək, 44 günlük müharibənin nəticələri erməni şəbəkəsi kimi, Azərbaycan içindəki radikal, permanent müxalifəti də məyus etdi, onların varlığını sona yaxınlaşdırdı. Hiss olunur ki, indi radikal düşərgə təmsilçiləri həyacanlıdırlar, axtarışdadırlar, özlərini necə xilas etmək, varlıqlarını necə sürdürmək üzərində çalışırlar. Bu məqsədlə yalançı faktlar uydurmaqdan, şər yaxmaqdan, ölkənin qələbəsini şübhəyə almaqdan da çəkinmirlər. Hər gün bir neqativ hadisə uydurur, sosial şəbəkələrdə paylaşırlar, insanların fikirlərini çaşdırmaq, yanlış yönə yönləndirmək istəyirlər. Bir sözlə, onlar ölkədəki qələbə ovqatını yox edib insanları yenidən neqativə yükləmək istəyirlər. Əlbəttə, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da müəyyən problemlərin mövcudluğunu kimsə danmır. Ölkə müharibədən çıxıb, müharibənin törətdiyi fəsadlar var, bunları aradan qaldırmaq lazımdır və qaldırılır da. Ölkə vətəndaşları da problemlərin həlli üçün dəstək olmalıdırlar. Müharibə dövründə olduğu kimi, həmrəylik göstərmək, çiyin-çiyinə verib müharibədə qalib gəlindiyi kimi, indi də həmrəylik göstərib müharibənin yaratdığı problemlərin aradan qaldırılmasına çalışmaq lazımdır. Radikal düşərgənin fərqi odur ki, onlar problemlərin həllinə yox, yeni problemlərin yaranmasına və ya mövcud problemlərin daha da dərinləşməsinə çalışırlar. Amma ötən 27 il ərzində olduğu kimi, indi də heç nəyə nail ola bilməyəcəklər. Zaman kimin kim olduğunu isbatladı, xalq hər kəsin məharətini gördü".

sia.az

Digər xəbərlər