PDF Oxu

Siyasət

  • 6 220

İngiltərə ilə əməkdaşlıq üçün yeni üfüqlər açılır - ŞƏRH ÖZƏL

İngiltərə ilə əməkdaşlıq üçün yeni üfüqlər açılır - ŞƏRH ÖZƏL

“Azərbaycanın Böyük Britaniya ilə strateji əməkdaşlıq əlaqələri mövcuddur. Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonunun Azərbaycana səfəri və prezident İlham Əliyev tərəfindən qəbul edilməsi bu əməkdaşlığın inkişaf etdirilməsində ölkələrimizin maraqlı olduğunun göstəricisidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.Deputatın sözlərinə görə, Böyük Britaniyanın BP şirkəti neft qaz sektorunda yaxından iştirak edir, əməkdaşlığın 10 illərlə uzadılmasına dair yeni kontrakt imzalanıb və beynəlxalq əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında yaxından iştirak edib: “Böyük Britaniyanın ölkəmizin enerji sektoruna qoyduğu investisiyaların həcmi 30 milyard dollardan çoxdur. Bu da ümumi şəkildə Azərbaycana həm enerji sektorunun, o cümlədən qeyri-neft sektorunun inkişafına böyük dəstək olub”.A.Badamov vurğulayıb ki, torpaqlarımızın işğaldan azad edilməsi dost ölkələrimizlə əməkdaşlıq imkanlarımızı genişləndirib: “Vətən Müharibəsində bir çox ölkələrdən fərqli olaraq Birləşmiş Krallıq Azərbaycanı dəstəkləyib. Bu gün artıq Böyük Britaniyanın bir şirkəti işğaldan azad olunmuş ərazilərin yenidən qurma və bərpası işlərində iştirak edir. Amma bu ərazilərimizdə əməkdaşlıq imkanlarmız daha genişdir. Yaşıl enerjinin istehsalı sahələrinin yaradılmasında və həmin ərazilərin sənaye potensialının dirçəldilməsində Britaniya şirkətlərinin iştirak etmək imkanları mövcuddur. Düşünürəm ki, nazir xanım Vendi Mortonun ölkəmizə səfəri çərçivəsində bütün bu məsələlər müzakirə olunur və əməkdaşlıq üçün yeni üfüqlər açılacaqdır”.

sia.az

Digər xəbərlər