PDF Oxu

Siyasət

  • 6 301

Rusiya sülhməramlıları “dqr”i tanıyır? SİYASİ RAKURS

Rusiya sülhməramlıları “dqr”i tanıyır? SİYASİ RAKURS

Artıq izahatların və narahatlıq yaradan suallara cavabların verilməsi zamanıdır

“Bazar ertəsi günü “artsaxın” ərazisinə daxil olmaq üçün yeni qaydalar məlum olub. Əvvəllər bildiyimiz kimi, xarici vətəndaşların “artsaxa” getmək üçün Ermənistanın ölkələrindəki səfirliyinə müraciət etmələri kifayət idi. İndi isə prosedur tamamilə dəyişilib”. SİA-nın məlumatına görə, bu barədə Armenianreport yazır və qeyd edir ki, bundan sonra xarici vətəndaşlar “artsaxı” ziyarət etmək üçün əvvəlcə “dqr”in “xarici işlər nazirliyinə” (?!) müraciət etməlidirlər.“Dqr”in “xarici işlər nazirliyi” isə, öz növbəsində, müraciəti “stepanakertdə” oturan rusiyalı sülhməramlılarla razılaşdırmalıdırlar və məhz rusların “dobrosundan” (razılığından) sonra həmin xarici vətəndaşa “artsaxın” Yerevandakı daimi nümayəndəliyi tərəfindən “sertifikat” təqdim ediləcək”, deyə adıçəkilən erməni media qurumu yazır.
Bu zaman suallar yaranır ki:
1. Qarabağ Azərbaycandırsa (və bu, şübhəsiz, qeyd-şərtsiz belədir!) və həmin reallığı Rusiya prezidenti Vladimir Putin də çıxışlarının birində hüquqi cəhətdən təsdiq, həmçinin etiraf edibsə, bu zaman Rusiya sülhməramlılarına kim ixtiyar verib ki, xarici vətəndaşları tanınmayan (!) və heç bir statusa malik olmayan bir əraziyə buraxılıb-buraxılmamalarına “dobro” versin?
2. “Dqr” adlı quldur rejimlə açıq-aşkar əlaqə saxlamaq və hesablaşmaq (?!) rəsmi olmasa belə, dolayısı ilə həmin rejimin tanınması kimi qiymətləndirilə bilərmi?
3. Əgər həqiqətən də Armenianreportun iddiaları dəqiqdirsə, bu zaman istər Rusiyanın müvafiq diplomatik dairələri, istərsə də sülhməramlıların kontingent rəhbərlikləri bu məsələyə aydınlıq gətirməlidirlər və gətirmirlərsə, bunu necə anlayaq?
4. “Dqr”in Yerevandakı daimi nümayəndəliyinin xarici vətəndaşlara verilən icazə “sertifikatında” Rusiya sülhməramlılarının da möhürü, ştampı olacaqsa, kontingent səlahiyyətliləri artıq belə bir məsələnin həqiqətən də ciddi problem olmadığını Azərbaycan tərəfinə necə izah edə bilərlər?
Hələlik isə, Araiklə Nikol “Qarabağda nəhəng infrastruktur layihələri” ətrafında müzakirələr aparırlar...
Belə bir deyim var – od olmasa, tüstü çıxmaz və bu tüstünün heç də yaxşı nə isə vəd etdiyini də düşünmək olmaz. Hər halda, bu kimi məsələlərin davamlı olaraq diqqətdə saxlanılması vacibliyi daha çox özünü göstərməli və əzəli, əbədi Azərbaycan torpaqlarında bənzər və artmağa başlayan həyasızlıqlara yol verilmələrini qarşısı alınmalıdır. Çünki...Çünki digər məsələ fevralın 8-də Yerevanda “dqr”in “prezidenti” Araik Arutunyanla Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi görüşdür və həmin görüşdə “Qarabağda nəhəng infrastruktur layihələri” ətrafında müzakirələr aparılıb. Bu haqda Paşinyanın mətbuat katibi Mane Gevorkyan rəsmi açıqlamasında bildirib. İclasda Ermənistan hökumətinin cavabdeh idarə rəhbərləri iştirak ediblər və qarşıda dayanan proqramlar çərçivəsində layihələrin maliyyələşdirilməsi, gələcək addımlar barədə fikir mübadilələri aparılıb, qərarlar verilib. Bəs buna nə deyək? Təəssüflər olsun ki, hələ də bizləri narahat edən bir sıra suallarımız cavabsız qalamqda davam edir...

sia.az

Digər xəbərlər