PDF Oxu

Siyasət

  • 10 736

“Milli Prioritetlər” vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcək

“Milli Prioritetlər” vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcək

Son illərdə ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan qlobal miqyasda sürətli iqtisadi artım tempinə malik ölkələr sırasına daxil olub. Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Beləliklə, son 17 il ərzində dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli şəkildə azalıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib. Ölkəmiz regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Nəticədə Azərbaycanın regionda iqtisadi rolu yüksəlib, xarici təsirlərə davamlılığı artıb və ölkəmizin müstəqil dövlət kimi suverenliyi tam təmin olunub.Təbiidir ki, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə yeni prioritetlərin müəyyənləşdirilməsini, onların icrası ilə bağlı Dövlət proqramlarının, inkişaf strategiyalarının təsdiqlənməsini bir zərurətə çevirir. Yaxın günlərdə “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümü olmaqla yanaşı dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüs olaraq da qiymətləndirilməkdədir. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.

Təsdiq olunmuş sənəd dövlətin növbəti 10 ildə 5 strateji prioritetlərini müəyyən edib:
- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Qeyd edək ki, müəyyən olunmuş prioritetlərin hər biri həm ölkəmiz, həm də regionumuz üçün olduqca əhəmiyyətlidir. Anacaq, xüsusilə, işğaldan azad olunmuş ərazilərə qayıdışın prioritetlər sırasında olması tarixi və siyasi əhəmiyyəti malikdir. Çünki 30 ilə yaxın Ermənistanın işğalı altında qalan rayonlarımızın ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması iqtisadiyyatımıza əlavə güc qatacaqdır. Bununla yanaşı, bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcəkdir.Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsidir. Qeyd edilən milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.Bu prioritetin effektiv həyata keçirilməsi üçün iki məqsəd təmin olunmalıdır: Davamlı və yüksək iqtisadi artım, habelə daxili və xarici təsirlərə dayanıqlılıq.İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olmaq mümkündür. Ölkənin iqtisadiyyatının davamlı olaraq inkişafı üçün isə iqtisadiyyatın bütün sahələrinin inkişafı zəruridir. Bunun üçün yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməli, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Və bir reallıq da unudulmamalıdır ki, yalnız şaxələnmiş iqtisadiyyat davamlı ola bilər.Ölkə iqtisadiyyatı öz müstəqilliyini qorumaq məqsədilə daxili və xarici təsirlərə dayanıqlığını da təmin etməlidir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlılığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir.Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlərə sadiqlik qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Təbiidir ki, iqtisadiyyatın inkişafı milli maraqlara söykənəndə əldə olunan iqtisadi inkişaf və artım xalqın rifah halının yaxşılaşdırılması üçün imkanlar yaradır. Milli maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir.Əminliklə deyə bilərik ki, Dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycanın iqtisadi inkişaf modelinin əsasını Cəmiyyət, biznes və dövlət üçlüyü təşkil edir. Bundan sonra da ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaqdır. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.Sonda bildirmək istərdim ki, bir azərbaycanlı kimi tam əminik ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapmış müddəalar uğurla icra ediləcəkdir. Çünki, bu gün ölkəmizdə mövcud olan milli həmrəylik, dövlət və xalq arasında qarşılıqlı etimad istənilən vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə imkan verir.

Sailə Salahova
YAP Pirallaı rayon təşkilatının könüllüsü

sia.az

Digər xəbərlər