"Ermənistanda növbəti hərbiyə çağrış elan edilib və Qarabağa əsgər göndərilmir. 10 noyabr atəşkəs Bəyannaməsindən sonra Ermənistanın buna gedəcəyi müharibə vəziyyəti yarada bilərdi və birbaşa burada əsas məsuliyyət Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşəcəkdi. Qeyd edim ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən erməni separatçılar da çağırış elan ediblər. Onlar da "müdafiə ordusunun" formalaşdırıldığını elan edirlər. Hazırda Qarabağın müəyyən hissəsində təmas xətti var və silahlı erməni birləşmələrinin üzbəüz postu fəaliyyət göstərir". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloqun sözlərinə görə, hazırda Qarabağda demoqrafiq problem var: "Burada silahlı erməni birləşmələrinin tərkibinə Ermənistandan qeyri-rəsmi olaraq gizli şəkildə çağırışçılar mülki formada gələ bilərlər. Ona görə də Azərbaycan bu məsələyə diqqət etməli və silahlı erməni birləşmələrinin çıxarılmasını tələb etməlidir.Qarabağda Arayik Arutunyan və Vitali Balasanyanın fəaliyyəti demək olar ki, getdikcə əhəmiyyətsizləşir. Bundan sonra Qarabağın kiçik bir hissəsində ermənilərin bu vəziyyətdə yaşaması və separatçıların fəaliyyəti çətinləşəcək. Azərbaycan Laçın dəhlizində post qurmaqla demək olar ki, burada separatçıların fəaliyyətinə son veriləcək. Ona görə də bu istiqamətdə Prezident İlham Əliyevin çalışdığını istisna etmirəm.İlk növbədə artıq Ermənistan rəsmi şəkildə Qarabağa ordu göndərmir, xarici vətəndaşlar Qarabağa buraxılmır. Ermənistan rəsmiləri Xankəndiyə gəlib, vəziyyəti qəlizləşdirən açıqlamalar vermir. Azərbaycan Ermənistanın Qarbağda fəaliyyətinə son verib.Qarabağın statusuna gəldikdə isə, bu Azərbaycanın gündəliyində yoxdur və Rusiya bu status məsələsini gündəmdə saxlamaqla çalışacaq ki, regionda mövcudluğunu qorusun. Ermənistanda hakimiyyətin dəyişməsinə gəldikdə, bunun Qarabağa təsirləri minimum olacaq. Hazırda Ermənistan və Azərbaycan arasında müəyyən təmaslar formalaşır və erməni əsirlərin qaytarılması Yerevanın davranışlarından asılı olacaq".
sia.az