Növbəti dalğa "Milli Şura"nı, AXCP və Müsavatı tarixin arxivinə atacaq
Azərbaycanın sosial-iqtisadi inkişaf modeli dünyanın əksər aparıcı dövlətləri və beynəlxalq maliyyə institutları tərəfindən yüksək dəyərləndirilir və qiymətləndirilir. Amma təəssüflə qeyd etmək olar ki, mümüxalifətçilik proseslərindən kənarda qalmaqla, parçalanıb, daha da radikallaşan AXCP, Müsavat kimi partiyaların funksionerləri ölkəmizin uğurlarını həzm edə bilmirlər. Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı kimi əlləri daim xarici maraqlı dairələrin cibində olan daşlaşmış məxluqlar nəzarətsiz poliqon hesab olunan sosial şəbəkələrdə qeyri-ciddi, əsassız məlumatlar yayır, vidiolar paylaşırlar. Xüsusilə də, Qarabğda əldə olunan 44 günlük parlaq qələbədən sonra, bu kateqoriyanın təmsilçiləri 10 noyabr razılaşması ilə bağlı içtiami rəyi çaşdırmağa xidmət edən dezinformasiya xarakterli açılamalarla çıxış edirlər. Bir növ, erməni mətbəxtində hazırlanan təamlara uyğun ağız dadı nümayiş etdirilər. Gah Rusiaya sülhməaramlılarının Qarabağa yerləməsinin "işğal" faktı olduğunu bildirir, gah da azərbaycanlıların Xankəndinə, Xocalıya, Xocavəndə köçürülmələrinin mümükün olmayacağı barədə, absurt iddialar ortya qoyurlar. Yəni, Xankəndindəki terrorçular Araik Artunyan, Vitali Balasanyan kimi çıxışlar edirlər. Belə baxanda, elə təssürat yaranır ki, sanki Araik Artunyan, Vitali Balasanyan kimi terrorçular üfunət iyi verən ağızlarından nə zəhərləri tökürlərsə, onları izləyən Azərbaycanın dağıdıcı müxaqlifət liderləridə bir-bir onları dənləyirlər.
Tərəflər eyni siyasi maraqları bölüşürlər
Xatırladaq ki, terrorçubaşı A.Artunyan bir qədər əvvəl özündən uydurmuşdur ki, onlar heç zaman Xankəndində Azərbaycan bayrağının dalğalanmasına imkan verməyəcəklər. Digər separatçı-terrrorçu V.Balasanyanda sərsəmləmişdir ki, azərbaycanlıların heç bir halda Xankəndinə gəlib, yaşamalarına imkan verməyəcəklər. Söz yox ki, bu terrorçulardan başqa nəsə yaxşı fikir gözləməyə dəyməz. Çünki, bunlar beynəlxalq səviyyəli terrorçudurlar və Xocalı soyqırımının birbaşa təşkilatçılarıdırlar. Təcsüb doğuran məqam ondan ibarətdir ki, ən azı şəxsiyyat vəsiqələrində azərbaycanlı milləti sözü yazılmış Azərbaycanın dağıdıcı müxalifət liderləri nədən eyni ilə Xankəndindəki terrorçular kimi düşünür və soial şəbəklərdə statuslar paylaşırlar? Şübhələr və ehtimallar uzaqlara gedib çıxır və son qənaət ondan ibarət olur ki, Xankəndindəki terrorçularla Bakıdakı müxalif baş bilənlər eyni mərkəzdən idarə olunurlar.Bu faktdır ki, Azərbaycanın dağıdıcı müxalifəti qərəzli dairələrin ölkəmizin əleyhinə istifadə olunan alətə çevrilib. Bu, əlbəttə ki, nəzəri fikir deyil, təcrübədə özünün mənfi əksini tapmış reallıqdır. Məhz bu kontekstdə dağıdıcı müxalifət dövlətçilik ideyalarına xidmət etmək əvəzinə, Azərbaycanın gələcəyini düşünməyən "ələbaxan oyuncaq müxalifət" kimi tanınır. Bəzən belə sual yaranır ki, Azərbaycan müxalifəti və xaricdəki "söyüş müxalifəti" heç vəchlə, terrorçubaşlarla eyni ssenarinin aktyorları ola bilməzlər, sadəcə bilməzlikdən milli maraqlara zidd açıqlamalar verirlər. Və bu açıqlamlarda əksər hallarda terrorçubaşların mövqeləri ilə üst-üstə düşür. Əvvəla, onu qeyd etmək olar ki, Azərbaycan müxalifətinin öndə gedən partiya sədrləri siyasətdə ilk addımlarını atmırlar, nə danışdıqlarının fərqindədirlər. İkincisi isə, onların yaşları və başları məyusluq yaradan fikirlərin səslənməsinə imkan verə bilməz.
Qarabağda hərbi və diplomatik qələbə müxalifət baş bilənlərinin kürkünə birə salıb
Bütün bu kimi nəticə, o qənaəti yaradır ki, Qarabağda hərbi və diplomatik qələbə müxalifət baş bilənlərinin kürkünə birə salıb. Şüurlu şəkildə anlamağa başlayırlar ki, siyasətdə qalmaq imkanları artıq daralır. Bu baxımdan əvvəlki yazılarımızda qeyd etdiyimiz "müxalifət öz maraqları xatirinə şeytanlada əməkdaşlıq etməkdən çəkinməz" yanşmamız bu gün öz təsdiqini tapmaqdadır. Bu gün AXCP, Müsavat və "Milli Şura" təmsilçiləri başa düşürlər ki, onların siyasətdə qalmaq imkanları məhdudlaşır. Növbəti zəif dalğa onların siyasət arxivinə atılmaları ilə yekunlaşacaq. Ona görə də, amplualarına uyğun olaraq şər və böhtan kampaniyasından geninə- boluna bəhrələnməyə çalışırlar. Amma el məsəlidir, "filankəs qaş düzəltdiyi yerdə, vurub göz çıxartdı". Müxalifət baş bilənləri də, ictimai rəydə qisməndə olsa, müsbətə doğru imic qazanmaq ümidi ilə, ənənənəvi metodlarını işə salsalarda, vəziyyətlərini dahada ağırlaşdırmış olacaqlar. Çünki, batan gəmini xilas etmək mümükün olmadığı kimi, rüsvayçı durumda olan müxalifət partiya sədrlərini də, uçurumun kənarından sakit məkana çəkmək mümkün deyil.
sia.az