YAP İmişli rayon təşkilatı növbəti dəfə “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Şəhid Abbasov Asim Rasim oğlunun və Şəhid Teymurov Şaiq Vidadi oğlunun ailələri ilə görüş keçirib. Görüşdə iştirak edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev şəhid ailələri qarşısında cıxış edərək bildirib ki, əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunmasında canını fəda etmiş şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu qəbildən olan insanların problemləri ilə yaxından maraqlanır və aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər. Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olur: "Biz Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı olaraq davamlı aksiyalarda şəhid ailələrinə mütəmadi baş çəkir, problemləri ilə maraqlanır və onlara müvafiq köməklik göstərilir. Şəhid ailələrinə, əlillərə və müharibə iştirakçılarına göstərdiyimiz diqqət gənc nəslin vətənpərvərlik hisslərini və duyğularını daha da gücləndirir. Biz inanırıq ki, dövlətimizin şəhid ailələrinə bu kimi qayğısını görən hər bir gənc istənilən anda doğma Vətənin müdafiəsini özünün müqəddəs vəzıfəsi hesab edərək bu yolda həyatlarını fəda etməyi müqəddəs vəzifə və oğulluq borcu biləcəklər".
sia.az