PDF Oxu

Siyasət

  • 5 662

Manukyan-Koçaryan savaşı: iqtidar uğrunda amansız qarşıdurma başlayır ANALİTİK

Manukyan-Koçaryan savaşı: iqtidar uğrunda amansız qarşıdurma başlayır ANALİTİK

“Vətənin xilası hərəkatı”nın lideri müxaifətin digər cinahı ilə razı deyil: “Bizim siyasi gündəmimiz başqa cürdür”

“Erməni milli fondu”nun açılışında çıxış edən müxalifətin “Vətənin xilası hərəkatı”nın lideri Vazgen Manukyanın “bizim fikrimiz başqa cürdür” ifadəsindən ilk olaraq belə nəticə çıxarmaq olar ki, artıq anti-Paşinyan koalisiyasında da parçalanma meyilləri artmağa başlayıb. Daha dəqiq desək, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın siyasətə geri dönməsi və növbədənkənar seçkilər keçirilərsə həmin seçkilərdə iştirak edəcəyi ilə bağlı verdiyi bəyanatı erməni müxalifət arenasında birmənalı qarşılanmayıb. Məhz Vazgen Manukyanın bu sözügedən əsnadakı fikirləri maraqdoğurucudur.
Vazgen Mnaukyan sınma nöqtəsini əldə edə bilmir və xalqı günahlandırır
SİA xəbər verir ki, bununla bağlı yazan erməni nəşri “Hraparak”ın qeyd etdiyinə görə, “Vətənin xilası hərəkatı”nın lideri daha əvvəl bildirmişdi ki, fevralın 20-ə təyin edilmiş mitinq sınma nöqtəsi olacaq və Paşinyanın devrilməsi prosesinə start veriləcək. Belə ki, Manukyan bundan əvvəlki etiraz mitinqlərinin də həlledici məqam olduğunu bildirmişdi. Ancaq müxalifət ciddi uğur qazana bilməməklə yanaşı, yetərli tərəfdarlarını da küçələrə çıxarmağa nail olmamışdı. Bu baxımdan, Manukyana sözügedən növbəti mitinqin hansı uğura gətirib-çıxaracağı ilə bağlı sual verilərkən o qeyd edib ki, heç bir fəaliyyət ilk başdan sınma nöqtəsinə gətirib-çıxarmır, lakin bu, ardıcıllıqla həyata keçirilərsə, onda həmin nəticəni əldə etmək mümkündür. Müxalifət lideri xalqdan yetərincə dəstək ala bilmədiklərinə eyham vuraraq, dolayı yolla ictimaiyyəti qınaq hədəfinə çevirib və bildirib ki, uğur qazanmaq üçün xalq bu fəaliyyətdə iştirak etməli və haradansa bir qəhrəmanın peyda olaraq xalqı xilas edəcəyinə ümid bəsləməməlidir.
Robert Koçaryan Nikol Paşinyanın idarəçiliyi altında seçkilərin keçirilməsini istəməsə də, seçkilərə qatılacağını bəyan edib – Vazgen Manukyan isə Paşinyansız seçki arzulayır
Ancaq Vazgen Manukyanın çıxışı zamanı müxalifətin bütövlükdə bir arada olmamasını sübut edən daha bir nüans diqqətdən yayınmayıb. Belə ki, Robert Koçaryanın seçkilərdə iştirak edəcəyi və qalib gələcəyi iddiasına cavab olarq Manukyan bildirib. SİTAT: “O (Robert Koçaryan-R.R.) deyib ki, Nikol Paşinyanın idarəçiliyi altında növbədənkənar seçkilərin keçirilməsinə qarşıdır. Lakin seçkilər keçirilərsə, o, iştirak edəcək. Bizim siyasi gündəmimiz isə başqa cürdür: onları (Paşinyanı və komandasını-R.R.) kənara atmaq, sonra seçkiləri keçirmək”.Beləliklə, ortada fikir ayrılıqları var və göründüyü kimi, Koçaryan hətta Paşinyanın idarəçiliyi altında seçkilərə qatılmağa hazır oldğunu bəyan edib, Manukyan isə birmənalı olaraq buna qarşıdır. Əgər seçkilər keçirilərsə, demək, müxalifətin bir qismi, yəni Koçaryan və “Vətənin xilası hərəkatı”na daxil olmayan digər müxalifət təmsilçiləri orada iştirak edəcəklər. Bu isə seçicilərin bir hissəsinin ümumüxalifət hərəkatından qopardılması anlamını daşıyır. Əslində isə, ortadakı məqsəd yalnız Nikolun devrilməsində, hakimiyyətdən kənarlaşdırılmasında, Ermənistanın düşdüyü vəziyyətdən xilasında deyil, məqsəd hakimiyyəti ələ almaq və erməni xalqının qanını sormağa davam etməkdən ibarətdir ki, artıq bu reallığın cücərtiləri özünü göstərməyə başladıb.

sia.az

Digər xəbərlər