PDF Oxu

Siyasət

  • 6 892

"İgid əsgər və zabitlərimiz yaddaşlarda əbədi yaşayacaqlar"

"İgid əsgər və zabitlərimiz yaddaşlarda əbədi yaşayacaqlar"

YAP Masallı rayon təşkilatı şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailələrini mütəmadi şəkildə ziyarət edirlər. Növbəti görüş rayonun Sığdaş, Tatyanoba və Öncəqala kəndlərində şəhid ailələri ilə keçirilib.Ziyarətdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyətinin I müavini, Şura üzvü Məmmədhüseyn Hüseynov, Şura üzvü Nahid Rəhimov, YAP Masallı rayon təşkilatının ərazi ilk partiya təşkilat sədrləri, o cümlədən partiya fəalları iştirak ediblər. YAP Masallı rayon təşkilatının nümayəndələri görüşlər zamanı şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıblar. Vurğulanıb ki, Vətən uğrunda canından keçən igid əsgər və zabitlərimiz yaddaşlarda əbədi yaşayacaq. Ziyarət zamanı şəhid ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.

sia.az

Digər xəbərlər