Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul əməkdaşı Emil Abbasov, YAP Zərdab rayon təşkilatının şura üzvləri, qadınlar şurasının, gənclər birliyinin üzvləri və ərazi ilk partiya təşkilatının sədrləri iştirak ediblər. Konfrans iştirakçıları müstəqil, demokratik, xoşbəxt və firavan Azərbaycanın yaradıcısı və qurucusu, YAP-ın müəllifi və ilhamçısı Ulu Öndər Heydər Əliyevin, ikinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova geniş hesabat məruzəsi ilə çıxış edərək, görülən işləri diqqətə çəkib. 2020-ci ilin Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir il kimi yadda qalacağını bildirib: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti və böyük Sərkərdəlik məharəti sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda xalqımızın və dövlətimizin apardığı 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Azərbaycan bu müharibədə şanlı qələbə qazandı və işğal altında olan bütün torpaqlarımız azad olundu, həmin ərazilərdə Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. Xalqımız bu Vətən müharibəsində şəhidlər verdi və yüzlərlə yaralananlarımız oldu. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara isə şəfa diləyirik və onların xidmətləri heç vaxt unudulmayacaq".
Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb
YAP İcra Katibliyinin məsul əməkdaşı Emil Abbasov partiyanın Zərdab rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinə münasibət bildirib və təşkilatın hesabatını qənaətbəxş hesab edib. Video-konfransda rayon təşkilatının şura üzvləri, gənclər birliyinin sədri Rəmzi Şirinov, qadınlar şurasının sədr müavini Nailə Əliyeva və rayon təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Gülağa İsgəndərov çıxış ediblər. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən könüllülərdən ibarət bir qrup, eləcə də YAP fəalları rayon təşkilatının fəxri fərmanları ilə təltif olunublar.
sia.az