PDF Oxu

Siyasət

  • 5 419

YAP Tərtər rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər

YAP Tərtər rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının təəşəbbüsü ilə keçirilən "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində YAP Tərtər rayon təşkilatının üzvləri Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan şəhid və qazi ailələri ilə görüşləri davam etdirir. Keçirilən görüşlərdə rayon təşkilatının sədri Ramiz Şabanov, rayon təşkilatının bir qrup fəal üzvləri Hüsənli kəndinin Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarlarını ziyarət edib, qəbirləri üzərinə gül-çiçək dəstələr qoyublar, ruhlarına dualar oxunub.Sonra rayonun Hüsənli kəndindən şəhidlər Taleh Məmmədov Arif oğlunun, Eşqin Hüseynov Cəsarət oğlunun, Tərtər şəhər sakini qazi Zaur Nəsirov Zakir oğlunun ailələrini ziyarət ediblər. Şəhid ailələri ilə görüşlər zamanı qeyd olunub ki, hər iki şəhid müddətdən artıq xidmət edən hərbi qulluqçular kimi Vətən müharibəsində Tərtər rayonun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışlar.Daha sonra şəhidlərin ailələri ziyarət olunub. Şəhid valdeynləri övladlarının torpaqlarımızın azadlığı uğrunda vuruşub qəhrəmanlıqlar göstərmələrindən fəxrlə danışaraq övladlarının Şəhidlik zirvəsinə ucalması ilə qürur duyduqlarını, "Vətən sağ olsun",-deyə şərəf duyduqlarını, şəhid ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər. Vətən müharibəsində şücaət göstərək qazi adını qazanmış Zaur Nəsirov Zakir oğlunun ailəsini ziyarət edərkən, qazimizə tezliklə sağalaraq öz hərbi xidmətini davam etməsi arzulayıblar.Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.Eyni zamanda, şəhid ailələrinin gündəlik qayğıları dinlənildi, onlara ərzaq sovqatı və maddi yardım göstərilib.Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

sia.az

Digər xəbərlər