Siyasət

  • 5 640

YAP Zərdab rayon təşkilatı Şəhid ailələri ilə görüşlərini davam etdirir

image

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə Zərdab rayonunda silsilə tədbirlər keçirilir. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı bir qrup YAP fəalı ilə birlikdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Alıcanlı kəndindən olan Vəlizadə Faiq Bayram oğlunun və Hüseynxanlı kəndindən olan Abbasov Ağaqardaş İlham oğlunun ailəsini ziyarət etmişlər.YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmış övladlarımızın dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilərək heç zaman unudulmayacağını, onların adlarının əbədiləşdirilməsi üçün müəyyən addımların atılmasını vurğulamışdır.Ziyarət zamanı şəhid ailələrinə ərzaq sovqatı təqdim edilmişdir.Şəhid ailələrinin üzvləri dövlət və xalqımız tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirmiş, şəhid övladlarının qanlarının yerdə qalmaması, ordumuzun xalqımıza qələbə sevinci yaşatmasına görə cənab Prezidentimizə təşəkkürlərini çatdırmışlar.

sia.az

Digər xəbərlər