Siyasət

  • 4 380

YAP Samux rayon təşkilatında videokonfrans keçirilib

image

16 Fevral 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması və dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar videokonfrans keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, bu cür tədbirlərin əhəmiyyətindən bəhs edərək vurğuladı ki, Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbitarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür.Sonra tədbir iştirakçılarından Lək kənd tam orta məktəbin müəllimi Vəfa Qarayeva çıxış edərək qeyd etdt ki, Azərbayanda və dünyada kifayət qədər tanınmış və böyük şöhrət qazanmış Nizami Gəncəvinin zəngin bədii irsini azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu görkəmli sənətkarı daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə yenidən tanıtmağa ehtiyac var. Qeyd edilən sərəncam da bu nəcib və önəmli vəzifənin gerçəkləşdirilməsini hədəfə alıb.Daha sonra Samux şəhər 2 saylı uşaq bağçasının direktoru Aytən Məmmədova çıxış edərək bildirdi ki, 2019-cu ilin “Nəsimi ili” elan olunması bu görkəmli şair və mütəfəkkirin Azərbaycan və dünyaya yenidən tanıdılması sahəsində mühüm addımların atılmasına şərait yaratdı. Möhtərəm Prezidentimizin “Nizami ili” haqqındakı mühüm tarixi önəmi olan sərəncamı Nizami Gəncəvinin də həyatı və yaradıcılığını bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş meydan açır, yüksək imkan yaradır.Tədbirdə Samux şəhər 3 saylı tam orta məktəbin müəllimi Gülarə Cabbarova və Alıuşağı kənd tam orta məktəbinin müəllimi Gəncalə Zeynalova da çıxış edərək vurğuladılar ki, Nizami elə bir xəzinədir ki, hər zaman araşdırılmalı və bu işlər aktiv şəkildə davam etdirilməlidir. Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami ili” elan olunması haqqında sərəncamı Nizami Gəncəvi kimi dünya miqyaslı qüdrətli sənətkara yenidən dönüş üçün Azərbaycan ziyalılarını səfərbər olmağa çağırır. Biz ziyalı, elmli, istedadlı şəxsiyyətlərimizlə daim fəxr edərək onların dünyaya tanıdılmasında da əhəmiyyətli rol oynamalıyıq.

sia.az

Digər xəbərlər