Siyasət

  • 4 481

"Azərbaycan Türkiyə ilə fəal istiqamətdə çalışmalıdır" POLİTOLOQ RƏY VERDİ

image

“Rusiya prezidenti Vladimir Putinin pos-sovet məkanında Rusiyanın təsirini artdığını qeyd etməsi, əsasən, Kremlin məhz bundan sonra, bu istiqamətdə daha da fəal siyasət aparacağı mesajını vermiş oldu. ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsi, Vaşinqtonun post-sovet ölkələrində fəaliyyətinin artacağından narahatdır və Kreml rəhbərliyi məhz bu siyasəti qabaqlamaq kursu götürüb”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.Onun sözlərinə görə, Rusiya kifayət qədər MDB məkanında mövqelərini əldən verib. Buna səbəb qonşularına qarşı təzyiq və qarşılıqlı etimad formalaşdırmamasıdır: “Ona görə də Ukrayna, Mərkəzi Asiya ölkələri, Cənubi Qafqazda Rusiya əhəmiyyətli şəkildə problemlərlə üzləşib. Rusiyanın bundan sonra ABŞ-la bu regionda növbəti qarşıdurmaya gedəcəyi gözlənilir. ABŞ kifayət qədər bu istiqamətdə Moskvanın fəaliyyətinə mane olacaq. Ukraynada, Moldovada, Gürcüstanda Rusiya Qərbə məğlub olub. Cənubi Qafqaz və Mərkəzi Asiyada Moskva qismən təsir gücünü saxlamaqdadır. Son Qarabağ müharibəsində Rusiya regionda mövqeyini gücləndirməyə çalışmasına baxmayaraq, növbəti əngəllərlə üzləşdi. Qarabağ məsələsində Qərbi bu prosesdən uzaqlaşdırsada, Ankara ilə hesablaşmalı oldu. Ona görə də Cənubi Qafqazda məhdud sayda təsir gücünə malikdir. Gürcüstanda ABŞ, Azərbaycanda Türkiyə ilə qarşı-qarşıyadır. Ermənistanda isə, təkbaşına olsa da burada da ABŞ-la növbəti qarşıdurma gözlənilir. Ermənistan hakimiyyəti anti-Rusiya siyasətini nəzərə alsaq proses dumanlı görünür. V. Putinin Rusiyanın post-sovet məkanında təsir gücünün artmasını qeyd etməsi, sadəcə növbəti mərhələ üçün bir mesajdır. Azərbaycan Türkiyə ilə fəal istiqamətdə çalışmalı, Rusiyanın artan mövqeyini neytrallaşdırmalıdır. Rusiya bundan sonra aktiv şəkildə qonşularının daxili işlərinə müdaxilə edəcək”.

sia.az

Digər xəbərlər