Sədaqət Vəliyeva: Prezident İlham Əliyevin AXC-Müsavat mənfur cütlüyünün xəyanətləri və satqınlıqları barədə dediyi fikirlər tariximizin ləkəli və acı həqiqətlərinə yenidən işıq tutur

“Prezident İlham Əliyevin AXC-Müsavat mənfur cütlüyünün xəyanətləri və satqınlıqları barədə dediyi fikirlər tariximizin ləkəli və acı həqiqətlərinə yenidən işıq tutur. Ona görə də, AXC-Müsavat mənfur cütlüyünün xalqımızın və dövlətimizin başına gətirdiyi bəlalar unudulmamalıdır, həmin illərdəki hadisələrin canlı şahidləri bütün baş vermiş prosesləri detallı şəkildə ictimaiyyətin diqqətinə çatdırmalı, xüsusilə də gənc nəsli maarifləndirməlidir. Bu gün youtube kanallarında xalqı, xüsusilə də gəncləri aldatmaq cəhdlərinə qarşı Vətənini, dövlətini sevən hər bir kəs barışmaz mövqe tutmalı və mübarizə aparmalıdır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, 1992-ci ildə AXC-Müsavat mənfur cütlüyü hakimiyyət naminə Azərbaycanın torpaqlarını düşmənə təhvil vermək üçün bütün imkanlarını işə salmışdı: “AXC-Müsavat mənfur cütlüyü 1992-ci ilin may ayında yaranmış siyasi-hərbi fürsətdən istifadə etməklə, Şuşanın, Laçının müdafiəsində olan könüllü hərbi birləşmələri, silahlı qüvvələri bilərəkdən Bakıya gətirir və hakimiyyət uğrunda mübarizədə istifadə edirdi. May ayının 8-də Şuşanın, ayın 17-də isə Laçının Ermənistan tərəfindən işğal olunması AXC-Müsavat mənfur cütlüyünün siyasi hakimiyyəti ələ keçirməsi üçün düşmənlər qarşısında ilk “xidmətləri” idi. AXC-Müsavat mənfur cütlüyü həmin dövrdə Şuşada, Laçında müdafiədə dayanmaq əvəzinə may ayının 15-16-da Bakıda Ali Sovetin binasını tank, PDM, kalaşnikov, pulemyotlarla atəşə tutur, qardaş qırğını törədir, xalqın düşmənə müqavimət əzmini qırırdı”.Sədaqət Vəliyeva əlavə edib ki, AXC-Müsavat mənfur cütlüyünün tör-töküntüsü olan AXCP və Müsavat partiyası yaxın keçmişimizdə də Qarabağı hakimiyyət naminə “satışa” çıxarmışdı: “Xatırlayırsınızsa, 2010-cu ildə Müsavat partiyasının sədri İsa Qəmbər Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan ilə birgə qarşılıqlı əməkdaşlıq haqqında bəyannamə imzalamışdı. Bununla da Müsavat hakimiyyət naminə Qarabağdan imtina etdiyi barədə öhdəlik götürürdü. 2016-cı ilin sentyabr ayının 15-də isə AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli separatçı Bako Saakyanın oğlu Aram Saakyanla ABŞ-da görüş keçirmişdi. Bu görüş də ata Kərimlinin adına olmuşdu və eyni ilə Müsavatın cəhdi təkrarlanırdı. Görürsünüz ki, AXC-Müsavat mənfur cütlüyünün tör-töküntüləri dövləti, torpağı satmağa öyrəşiblər. Heç şübhə yoxdur ki, bundan sonra da onlar xəyanət yolunu tuta, hakimiyyət naminə Qarabağı yenidən Ermənistana işğal etdirməyə şərait yarada bilər. Sadəcə onlar əlverişli məqam gözləyirlər”.

yap.org.az