Siyasət

  • 4 123

AXC-Müsavat cütlüyü Qarabağı ermənilərə belə təhvil verdi!

image

Erməni işğalçısı: “Sizə demirdimmi ki, Elçibəy bizim dostumuzdur”

Müzəffər Ali Baş Komandanımız, Azərbaycan xalqının qalib Sərkərdəsi, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı çıxışlarında daim xatırladır ki, məhz AXC-Müsavat mənfur cütlüyü hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, iqtidarı ələ almaq üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Məhz onların hakimiyyətləri dövründə, daha dəqiq desək, silahlı iğtişaş və qiyam yolu ilə ələ keçirdikləri iqtidarları zamanı və sonrakı müddətdə Laçının, Şuşanın, eləcə də Qarabağın digər ərazilərin düşmənə təhvil verilməsi faktları kifayət qədərdir. Əbəs deyil ki, birinci Qarabağ müharibəsi dövründə, Laçının işğala məruz qaldığı vaxt döyüş mövqelərini tərk etmiş həbrçilərimizdən qalan silah-sursatları ələ keçirən erməni qəsbkarları və işğalçıları açıq-aydın şəkildə etiraf edirlər ki, həmin silahları onlara dostları Elçibəy (o zamankı prezident) hakimiyyəti buraxıb. “Sizə demirdimmi ki, Elçibəy bizim dostumuzdur”, deyə erməni yaraqlısı həmin vaxt bildirir.
Azərbaycan xalqı heç vaxt onların arzularının çin olmasına imkan və icazə verməyəcək!
Beləliklə, torpaqlarımızın düşmən işğalına məruz qaldığı bir dövrdə AXC-Müsavat cütlüyünün qaragüruhçu liderlərinin cəbhədəki silahlı tərəfdarlarını paytaxt Bakıya geri gətirmələri, bu minvalla hakimiyyəti devirmələri bütövlükdə Qarabağın itirilməsi ilə nəticəsini tapdı və bu cinayətlar ünsürlər hazırda özlərini “müxalifət liderləri” kimi zorla ictimai rəyə sırıyaraq, yenidən hakimiyyət hərisliyi ilə alışıb-yandıqlarını növbəti və müxtəlif xəyanətkar əməlləri ilə, düşmən dəyirmanına su tökmək cəhdləri ilə nümayiş etdirirlər. Təbii ki, Azərbaycan xalqı heç vaxt onların arzularının çin olmasına imkan və icazə verməyəcək, o cümlədən razı olmayacaq ki, artıq azad olunmuş Qarabağımızı yenidən bəd əməlləri ilə düşmənə təslim etsinlər.
Zaman yalnız Azərbaycan xalqının və dövlətinin xeyrinə işləyir!
Digər tərəfdən, artıq küçədə 90-cı illər deyil, 21-ci əsrin ikinci onilliyidir və Azərbaycanda mövcud olan xalq-iqtidar vəhdəti heç vaxt olmadığı kimi sarsılmaz dayaqlara söykənib. Azərbaycan dövləti, Azəraycan zabiti və əsgəri misli görünməmiş şücaətlər göstərməklə mənfur düşməni Qarabağ torpaqlarından qovub və yerdə qalan tör-töküntüləri də çox qısa zamanda əbədi-əzəli torpaqlarımızdan rədd ediləcəklər. Zaman yalnız Azərbaycan xalqının və dövlətinin xeyrinə işləyir.Sonda isə diqqətinizə təqdim etdiyimiz bu videolardakı kadrlardan da görürsünüz ki, AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün vətəndaş müharibəsinə gedib, günahsız qanların tökülməsinə səbəbkar olub və cəbhədəki mühüm mövqeləri tərk etdirərək hərbçiləri, hərbi texnikaları Bakıya doğru hərəkət etdirib, bu vasitə ilə qiyam törədərək, zor gücü ilə iqtidarı ələ keçirib.

sia.az

Digər xəbərlər