YAP Səbail rayon təşkilatı "Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək" layihəsi çərçivəsində şəhid "Akademik Filarmoniya" ərazi ilk partiya təşkilatının üzvü, Vətən müharibəsi qazisi Firdovsi Eyvazov Təvəkkül oğlu ilə görüş oldu. Görüş zamanı bildirildi ki, təşkilatın ən gənc üzvü, Vətən müharibəsi qazisi, Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunmuş, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının rəqqası Firdovsi Eyvazov Təvəkkül oğlu ilə bağlı Filarmoniyanın direktoru, xalq artisti Murad Adıgözəl-zadə, direktor müavini Afət Mikayılov, ərazi ilk təşkilatın sədri Elçin Abbasov qəhrəman qaziləri ilə qürur duyduqlarının bildiriblər.Görüş zamanı qazi Firdovsi Eyvazov müharibə xatirələrini bölüşərək, Azərbaycan Ordusunun Şanlı Qələbəsi, torpaqlarımızın işğaldan azad olunması və cəbhə yoldaşlarının döyüş meydanındakı şücaəti, qəhrəmanlığı haqqında danışdı.Söhbət əsnasında qazinin sağlıq durumu və gündəlik qayğıları ilə maraqlanıldı. Qəhrəman qazimiz, müharibədən qayıtdığı gündən hər zaman diqqət mərkəzində olduğunu, hər kəsin ona maddi və mənəvi dəstək olduqlarını vurğulayaraq hamıya öz təşəkkürünü bildirdi. Sonda gənc partiya üzvünə Fəxri Fərman və maddi yardım təqdim olundu.
sia.az