Siyasət

  • 4 193

Zaqatalada Vətən müharibəsinin iştirakçısı ilə görüş olub

image

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsinin iştirakçısı, “Cəsur döyüşçü” medalı ilə təltif olunan baş leytenant Laçın Güliyevlə görüş keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzin əməkdaşlarının, mədəniyyət işçiləri və ziyalıların, gənclərin iştirakı ilə onlayn formatda keçirilən görüşün əvvəlində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbiri Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov açaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışıb. Vurğulanıb ki, şanlı zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb.Vətən müharibəsinin iştirakçısı Laçın Güliyev cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb.Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinin rifahının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.
AZƏRTAC

Digər xəbərlər