Siyasət

  • 4 934

YAP Ağsu rayon təşkilatının 2020-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

image

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Yığıncağında Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Təşkilatlarla iş şöbəsinin baş məsləhətçisi Emil Abasov, YAP Ağsu rayon təşkilatının sədr müavini, Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli, YAP Ağsu rayon təşkilatının Şura üzvləri, ilk ərazi partiya təşkilat sədrləri iştirak ediblər.Hesabat məruzəsi ilə çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov rayon təşkilatının 2020-ci il ərzində Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının iş planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurduğunu bildirib.Sonra YAP Ağsu rayon təşkilatının 2021-ci il üçün Fəaliyyət Planını təqdim edilib.Çıxışlarda YAP Ağsu rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Sevil Mirzəliyeva, təşkilatın Gənclər Birliyinin sədri Elnur Fərzəlizadə, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova, Təhsil işçiləri ilk partiya təşkilatının sədri Tahir Xasi rayon təşkilatının üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd edib və rayon təşkilatının 2020-ci ildəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.YAP İcra Katibliyinin məsul əməkdaşı Emil Abasov çıxış edərək bildirib ki, Ağsu rayon təşkilatı 2020-ci ildə geniş tədbirlər keçirib. Milli Məclisə keçirilən seçkilər zamanı, pandemiya dövründə, Vətən müharibəsi vaxtı rayon təşkilatının həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. E.Abasov qeyd edib ki, rayon təşkilatı 2021-ci ildə öz fəaliyyətini daha da aktivləşdirməli, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin rayon sakinləri arasında geniş təbliğ olunmasını təmin etməli, sosial şəbəkələrdə fəallığı daha da gücləndirməlidir.Yığıncaqda YAP Ağsu rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunub, 2021-ci il üçün Fəaliyyət Planı qəbul edilib.

yap.org.az

Digər xəbərlər