Siyasət

  • 4 035

YAP Ucar rayon təşkilatının nümayəndələri şəhid Ağayusif Əliyevin ailəsini ziyarət edib

image

Fevralın 16-da YAP Ucar rayon təşkilatının nümayəndələri rayonun Bağban kəndindən olan, Şuşa şəhərinin azad edilməsi uğrunda şəhid olan Əliyev Ağayusif Mübariz oğlunun ailəsini ziyarət ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna duallar oxunub.
Həmin gün şəhid Ağayusif Əliyevin Vətənə əmanət qalan iki qız övladından biri - kiçik qızı Zəhranın ad günü idi. Onun 3 yaşı tamam olub.
YAP rayon təşkilatının nümayəndələri şəhidin valideynlərinə qəhrəman övlad yetişdirdikləri üçün minnətdarlıq edib, balaca Zəhranın ad gününü təbrik ediblər.

yap.org.az

Digər xəbərlər