Siyasət

  • 5 628

"Əldə olunan qələbə iqtisadiyyatda yeni inkişaf perspektivləri müəyyən edir" - Təranə Kərimova

image

"Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında",-deyən Prezidentimiz İlham Əliyevin bu gün əldə etdiyi qələbələr bir daha Onun Ali Baş Komandan kimi nəyi, nə vaxt və necə etmək lazım olduğunun sübutudur. Bu gün İlham Əliyev müstəqil Azərbaycanı güclü, sabit bir məkan çevirərək tarixə qələbələr yazdı". Bu fikirləri SİA-ya açıqlamasında YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova deyib."Əsas amil də məhz xalqımızın ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 17 il əvvəl "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl lider ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan LİDERDİR", - deyən Təranə Kərimova bildirib ki, bu gün qazanılan qələbələrin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir.Qadınlar Şurasının sədri qeyd edib ki, güclü ideyanı müdafiə edən xalq da güclüdür: "Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyvin rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə göstərdiyi çücaəti, Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazdı. Torpaqlarımızın işğaldan azad edilməsi ədalətin təntənəsi, eyni zamanda hər bir azərbaycanlı üçün qürur mənbəyi oldu. Azərbaycan gücün və qüdrətin, xalq-iqtidar birliyinin, həmrəyliyin, milli iradə və əzmkarlığın sayəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, şəhidlərimizin qisasını aldı. Prezident İlham Əliyev rəşadətli Ordumuzun Ermənistana qarşı apardığı "Dəmir yumruq" əks-həmlə hərbi əməliyyatında - Vətən müharibəsində Qələbəmizi belə qiymətləndirib: "Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik"."Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı Milli Prioritetlər Qarabağın dirçəliş prosesini daha da sürətləndirəcək", - deyən T.Kərimova onu da söyləyib ki, Milli Prioritetlər Qarabağın dirçəliş prosesini daha da sürətləndirəcək və Qarabağımız ən yaxın illərdə gülüstana çevriləcək: "Elə bu günlərdə - fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər edən dövlətimizin başçısı bu rayonlarda yeni layihələrin təməlini qoymaqla azad olunan torpaqlarımızı yeni həyat, yeni nəfəs gətirir. Dövlətimizin başçısı bildirib ki, artıq kəndlərin də bərpasına başlanılır. “Ağıllı kənd” konsepsiyası əsasında qurulması nəzərdə tutulan Zəngilan rayonunun dağıdılmış İkinci Ağalı kəndin bərpası, Laçının Güləbird kəndində qısa müddətdə bərpa edilən və açılışı keçirilən 8 meqavatlıq Güləbird Su Elektrik Stansiyasının açılışı, "Yaşıl enerji" zonası layihəsi, Azərbaycanı Naxçıvanla birləşdirəcək ən böyük layihə - Horadiz-Ağbənd dəmir yolu və bu kimi işlər Azərbaycan Prezidentinin, dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. Bir sözlə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Azərbaycanın davamlı yüksəlişinə böyük töhfələr verəcək. Milli prioritetlərin reallaşması həm də milli birliyimizin daha bir təntənəsi kimi öz təzahürlərini tapacaq. Milli Prioritetlər Qarabağın dirçəliş prosesini daha da sürətləndirəcək və Qarabağımız ən yaxın illərdə gülüstana çevriləcək".

sia.az

Digər xəbərlər