Siyasət

  • 4 077

YAP Balakən rayon təşkilatının hesabat yığıncağı keçirilib

image

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn hesabat yığıncağı keçirilib. Yığıncaqda YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin üzvü Nəsib Məhəməliyev, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin təşkilatlarla iş şöbəsinin məsləhətçisi Ramil Mirzəyev, şura üzvləri və ərazi ilk partiya təşkilatının sədrləri iştirak ediblər.YAP Balakən rayon təşkilatının sədri Azad Balayev hesabat məruzə ilə çıxış edərək bildirib ki, 2020-ci il xalqımızın yaddaşında Qələbə ili kimi əbədi həkk olundu: "Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində 30 illik erməni işğalına son qoyuldu. YAP Balakən rayon təşkilatı müharibə vaxtı və müharibədən sonrakı dövrdə şəhid və qazi ailələrinə daim yüksək diqqət və qayğı göstərmişdir".A.Balaev onu da bldirib ki, rayon təşkilatı 2020-ci ilin mart ayından başlayaraq koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq fəaliyyətini dəvam etdirmişdir. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə YAP Balakən rayon təşkilatı tərəfindən əhalinin aztəminatlı hissəsinə yardım göstərilməsi məqsədi ilə mobil qrup yaradılmış və aztəminatlı ailələrə gigiyenik vasitələr paylanmışdır. Məruzəçi onu da qeyd edib ki, rayon təşkilatının Gənclər Birliyi və Qadınlar Şurasının işi daim diqqət mərkəzindədir.Tədbirdə çıxış edən Milli Məclisin üzvü Nəsib Məhəməliyev rayon təşkilatının gördüyü işləri qənaətbəxş hesab edərək tövsiyələrini vermişdir.YAP Balakən rayon təşkilatının Qadınlar Şurasının sədri Züleyxa Dibirova və rayon Gənclər Birliyinin sədri Nurlan Şibliyev 2020-ci ildə görülmüş işlərə münasibət bildiriblər. Qeyd ediblər ki, sosial şəbəkələrdə işə yeni yanaşma metodları tətbiq etməli, gənclərin və qadınların siyasi fəallığının artırılmasına diqqət yetirilməlidir.Sonda Yeni Azərbaycan Partiyası İcra Katibliyinin təşkilatlarla iş şöbəsinin məsləhətçisi Ramil Mirzəyev təşkilatın gördüyü işləri qənaətbəxş hesab edərək YAP Balakən rayon təşkilatının bundan sonra da görüləcək işləri bir daha nəzərdən keçirəcək, partiyanın qərar və tapşırıqların yerinə yetirilməsində ön sıralarda olacaqlar.

sia.az

Digər xəbərlər