Siyasət

  • 4 190

“Müxalifət ənənəvi hay-küyündən əl çəkmir” ÖZƏL-RƏY

image

"İndiki məqamda xalqı düşünən hər kəs dincliyin, sakitliyin, stabilliyin qorunmasında maraqlı olmalıdır. Qarabağda hərb meydanında tarixi qələbə qazanmağımıza baxmayaraq, savaş diplomatiya və siyasət meydanında hələ də davam edir. Həm də bu savaş hərb meydanında gedən savaşdan heç də asan deyil. İqtidar, müxalifət olmasından asılı olmayaraq indi hər bir Azərbaycan vətəndaşının diqqəti buna səfərbər edilməli və hər kəs bu savaşda öz töhfəsini verməlidir. Belə olduğu halda kütləni maddi problemlərin həllinə yönəltmək cəhdinin özü birbaşa düşmən dəyirmanına su tökməkdir". Bunu “Səs” qəzetinə açıqlamasında "Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov bildirib.Onun sözlərinə görə, böyük zəfərlə başa çatan Vətən müharibəsindən sonra müxalifətin insanları özlərindən uydurduqları anormal problemlərlə hakimiyyətə qarşı qaldırmaq istəyi heç cür siyasi əxlaqa sığa bilməz: "Siyəsətlə məşğul olan hər kəs yaxşı anlayır ki, ölkəmiz bu gün həm dünyanı bürüyən pandemiyadan, həm də zorla cəlb edildiyi müharibədən ciddi iqtisadi zərərlə üz-üzədir. Bizlər də xalq olaraq bunu anlayır və atılan addımların zərurətdən yaranan məcburi addımlar olduğunun fərqindəyik. Bunu biz anlayırıqsa siyasətçilər nədən anlamaya bilərlər. Anlayırlar. Sadəcə, fürsətcil xislətlərindən əl çəkmək istəmirlər. Yəni müxalifət ənənəvi hay-küyündən əl çəkmir. Düşünürəm ki, indiki hakimiyyətin onsuz da yüksək olan reytinqi tarixi qələbədən sonra daha da artıb və xalq bu iqtidara indi daha çox inam bəsləyir. Belə olduğu halda, heç bir sosial bazası olmayan müxalifətin ciddi bir aksiya keçirə biləcəyinə də kimsə inanmır. Problemlər sözlə, kütləvi aksiyalarla həll edilmir. Yaxşı olar ki, müxalif siyasət oyunbazları öz fəaliyyətlərində korrektə etsinlər, xalqın içinə getsinlər və problemlerin həllində bilavasitə iştirak etməyə cəhd etsinlər. Bunu edə bilmirlərsə, zəhmət çəkib qaragüruhu yanlış istiqamətə yönləndirməyə cəhd etməkdən vaz keçsinlər. Sonda uduzan, olan- qalan nüfuzunu itirən də özləri olacaq".

sia.az

Digər xəbərlər