YAP Xətai rayon təşkilatının nümayəndələri şəhid Həmid Cəfərlinin ailəsini ziyarət ediblər

YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və təşkilatın əməkdaşları şəhid kapitan, kəşfiyyatçı Cəfərli Həmid Kərim oğlunun ailəsini ziyarət ediblər.

Hüseynbala Mirələmov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, qəhrəman oğul böyütdüklərinə görə valideynlərə təşəkkür edib. Təşkilatın nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq. Həmçinin şəhidin ailəsinə maddi yardım edilmişdir.
Qeyd edək ki, Cəfərli Həmid Kərim oğlu Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

yap.org.az