Siyasət

  • 3 033

"Qarabağın bərpası nəticəsində dövlətimiz daha da güclənəcək" Həmid Pənahov

image

"44 günlük İkinci Vətən müharibəsinin qələbəsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması dövlət başçımızın bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən dövlət başçısının işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafına nə dərəcə mühüm əhəmiyyət verdiyinə 30 il ərzində ermənilər tərəfindən darmadağın və viran edilən torpaqlarda artıq abadlıq və quruculuq işlərinə başlanılmasını göstərmək olar". Bu fikirləri "SƏS"-ə açıqlamasında YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov deyib."Qələbəmizdən 100 gün keçməsinə baxmayaraq qısa müddət ərzində böyük işlərin görüldüyü göz önündədir: Füzuli-Şuşa yolunun, Füzuli rayonunda hava limanının təməllərinin qoyulmasından sonra Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin də təməlini qoyulması, Güləbird Su Elektrik Stansiyasının açılışının baş tutması, həmçinin, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində "ağıllı kənd" layihəsinin icra olunması ilə bütövlükdə azad olunmuş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi, bir sözlə işğaldan azad edilən torpaqlarda bütün infrastrukturun, ümumilikdə rayon və şəhərlərimizin modern əsaslarda yenidən qurulması yaxın gələcəkdə Qarabağın cənnətə çevriləcəyindən xəbər verir. Ölkə başçısının da dediyi kimi, Azərbaycan Qarabağ torpaqlarına yenidən həyat qaytaracaq",- deyən H.Pənahov onu da söyləyib ki, ümumiyyətlə, Prezident İlham Əliyev cənabları çıxışlarında azad olunmuş ərazilərin "yaşıl enerji" zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması əsas prioritetlər sırasındadır. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq".H.Pənahov, müharibədən sonra azad olunan ərazilərdə avtomobil yolları ilə paralel olaraq dəmir yolu infrastrukturunun bərpası və ya yenidən qurulması vacib sayan dövlət başçımız fevralın 14-də Füzulidə Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması bu istiqamətdə atılmış önəmli addımlardan biri oldu: "Dövlət başçımız Füzuli rayonunda olarkən Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Ümumi uzunluğu 100 kilometr olacaq bu dəmir yolu xəttinin strateji əhəmiyyəti kifayət qədər böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və bu xətt Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına böyük töhfə verəcək".H.Pənahov, həmçinin onu da bildirib ki, Prezident İlham Əliyev Qarabağın bərpası ilə bağlı geniş layihələr haqqında məlumat verməklə bərabər, torpaqlarımızı vaxtilə satanlara da ciddi mesaj, həm də dərs verdi: "Bütün çıxışlarında Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu gün erməni işğalından azad etdiyimiz torpaqlarımızın işğalçıya verilməsinin səbəkarları AXC-Müsavat cütlüyüdür. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 14-də işğaldan azad olunmuş torpaqlarımıza - Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına növbəti tarixi səfəri zamanı da bildirib ki, AXC-Müsavat cütlüyünün bu cinayətləri heç vaxt bağışlanılmayacaq və unudulmayacaq, həmçinin, cinayətkarlar cəzasını çəkəcəklər: "Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır!",deyən dövlət başçısı onu da bildirib ki, AXC-Müsavat mənfur cütlüyünün satqınlığını unutmamalıdır: "Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb... Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"."Həmçinin, onlar bilməlidirlər ki, torpağı, Vətəni satanları xalq heç vaxt bağışlamayacaq və xalqın qarşısında mütləq cavab verməli olacaqlar – özü də Azərbaycan xalqı və qanunları qarşısında!",-deyə H.Pənahov bildirib.

sia.az

Digər xəbərlər